Polis akademiyası

Tədris metodiki şöbə

 Şöbə başqa şöbələrə nisbətən daha erkən yaradılmış və uzun müddət fəaliyyət göstərərək, xeyli təcrübə əldə etmişdir. Tədris-metodiki şöbənin əsası 1957-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbi yaradılarkən qoyulmuşdur. Akademiya yaradıldıqdan sonra onun işi daha da təkmilləşdirilmiş, tədrisin təşkilində vacib rolu nəzərə alınaraq, ştat vahidləri artırılmışdır. Şöbənin və Akademiyanın kafedralarının yaradılması, formalaşdırılması, kadrlarla təmin edilməsi, işinin müsbət məcraya yönəldilməsində Akademiya rəisinin tədris və elmi işlər üzrə müavini M.B.Əhmədovun xeyli əməyi olmuşdur.

Bu şöbə bilavasitə onun rəhbərliyi ilə fəaliyyət göstərir. Polis polkovniki M.Əhmədov Akademiyada 1984-cü ildən çalışır, hüquq elmləri doktorudur.

O, həm disertasiya tədqiqatı sahəsində, həm də dissertantlara elmi rəhbərlik etmək, müdafiəyə buraxılmış elmi-tədqiqat işlərinə opponentlik etməklə səmərəli elmi fəaliyyət göstərir. Çoxsaylı elmi məqalələrin, büroşuraların və monoqrafiyaların müəllifidir. Xidməti fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə ona Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2007-ci il tarixli 2213 nömrəli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.

Şöbəyə Milis Məktəbində və Akademiyada 1978-ci ildən xidmət edən, zəngin təcrübəyə malik mərhum Salayev Qurban Əlibala oğlu rəhbərlik etmişdir. İşlədiyi müddət ərzində Tədris-metodiki şöbədə müəllim-metodist, şöbənin rəis müavini vəzifələrini tutmuşdur. 2009-2013-cü illərdə  şöbəyə rəhbərlik təqaüddə olan polis polkovniki Xəlilov Nizami Qasım oğlu tərəfindən həyata keçirilmişdir.

Hazırda Tədris-metodiki şöbənin rəisi vəzifələrini müvəqqəti icra edən, polis polkovniki B.S.Həsənovdur. O, DİN-in Polis Akademiyasının məzunudur və 1995-ci ildə təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirməklə həmin ildən Akademiyada xidmət edir. Qarabağ müharibəsinin iştirakçısı olub, veterandır.

Tədris şöbəsi tədrisin bütün sahələrini tənzimləyən mərkəz rolunu oynayır. Ona görə də bu şöbənin əməkdaşlarının görəcəyi işlərin həcmi, konkret istiqamətləri, spesifik fərqləndirici xüsusiyyətləri Akademiyada tərtib olunmuş tənzimləyici sənədlərlə müəyyənləşdirilmişdir. Şöbənin işinin başlıca istiqamətləri aşağıdakılardır:

  •     tədris prosesinin planlaşdırılması məqsədilə yeni metodların tədris prosesinə tətbiqi sahəsində qabaqcıl təcrübə öyrənilir;

  •     akademiyanın əsas tədbirlər planının tərtibatı üçün təkliflər hazırlanır;

  •     tədris planlarının icrasına nəzarət edilir və kafedraların təklifləri əsasında yeni tədris planlarının layihələri tərtib edilir;

  •     dərs cədvəlləri tərtib edilir, qəbul, keçid və dövlət imtahanlarının təşkili üçün ilkin sənədlər hazırlanır;

  •     imtahan sessiyalarının nəticələri təhlil edilir, müdavim və dinləyicilər tərəfindən akademik borcların müəyyən edilmiş qaydada ləğvinə nəzarət edilir;

  •     tədris ilinin yekunları təhlil edilir və ümumiləşdirilmiş arayış hazırlanır;

  •     gənc müəlllimlərin hazırlıq səviyyəsini müəyyən etmək məqsədilə sınaq dərslərinin keçirilməsi təşkil edilir;

  •     müəllimlərin dərs yükü planlaşdırılır və onun icrasına nəzarət edilir;

  •     elmi şura və əməliyyat müşavirələrində müzakirə ediləcək məsələlər üzrə arayışlar hazırlanır;

  •     fənn kabinetlərinin və kitabxanaların fəaliyyətinə nəzarət edilir və mövcud texniki, əyani vəsaitlərin səmərəli istifadəsi təmin olunur;

  •     kafedralarda tədris-metodiki materialların, fənn proqramlarının, mövzu-təqvim planlarının, mühazirə, metodiki tövsiyə və s. hazırlanmasına və müəllimlərin fərdi iş  planlarını icrasına nəzarət edilir və bu işin təhlili aparılır;

  •   təcrübəli müəllimlər tərəfindən açıq dərslərin keçirilməsi təşkil edilir və onun nəticələri ümumiləşdirilir;

  •   dərs jurnallarının aparılmasına nəzarət edilir;

  •   müdavimlərin aylıq dərs davamiyyəti, cari qiymətləri təhlil edilir və arayışlar hazırlanır;

  •  müdavimlərin sərbəst hazırlıq işi təşkil edilir və müəllimlər tərəfindən məsləhət saatlarını keçirilməsinə nəzarət edilir.

Tədris-metodiki şöbə gənc müəllimlərin müəllimlik sənətinin sirlərinə kamil yiyələnməsi istiqamətində də səmərəli iş aparır. Vaxtaşırı Akademiyada uzun illər təcrübə toplanmış müəllimlər gənc müəllimlər qarşısında “Mühazirəni və seminar dərslərini necə təşkil etməli?”, “Tədris prosesində tərbiyəvi işlərin təşkili formaları», «Fənlərarası qarşılıqlı əlaqənin səmərəli təşkili” və s. mövzularda çıxış edirlər. Şöbə tərəfindən hamılıqla qəbul olunmuş ümumi metodikanın üsullarını və formalarını özündə əks etdirən ayrıca “Pedaqoji ustalığın yüksəldilməsi kabineti” yaradılmışdır.

Gənc müəllimlər üçün tədris metodikasının səmərəli formalarını özündə əks etdirən albom-sxem hazırlanmışdır. Ümumiyyətlə, şöbədə tədrisin metodiki təminatı istiqamətində xeyli iş görülmüşdür.

Tədris-metodiki şöbə qiyabi və DİO-da idarəetmənin təşkili və ixtisasartırma fakültələrinin işinin təşkili və planlaşdırılması sahəsində onlara əməli köməkliklər göstərir.




Çap et  Çap et