Polis akademiyası

Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi

 Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Elmi-tədqiqat  və  redaksiya-nəşriyyat şöbəsi

 
 Azərbaycan Respublikası DİN-in 18.06.1992-ci il tarixli 346 nömrəli əmrinə əlavə olunmuş Azərbaycan Respublikası Polis Akademiyası barədə Əsasnaməsinin (hazırda qüvvədən düşmüşdür) 2.9-cu bəndində göstərilirdi ki, akademiyada struktur bölmələrin elmi-tədqiqat işinin planlaşdırılması, əlaqələndirilməsi, habelə redaksiya-nəşriyyat fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq şöbə yaradılır. 2.10-cu bəndindəki müddəaya əsasən elmi struktur bölmə kimi yaradılan şöbənin vəzifələrinə DİO-nun qarşısında duran aktual problemlərin tədqiqinin təşkili və peşəkar kadr hazırlığı prosesinin təkmilləşdirilməsinin təmin edilməsi daxil idi.
Ali təhsil və elm mərkəzi kimi 28.09.1992-ci il tarixdən fəaliyyətə başlayan akademiyanın struktur bölmələri sırasında Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi də var idi. Şöbə həmin statusla 2001-ci ilədək fəaliyyət göstərdi. DİN-in 13.12.2001-ci il tarixli 485 nömrəli əmri ilə həmin şöbə ayrı-ayrı struktur bölmələri kimi müvafiq olaraq Elmi-tədqat şöbəsi və redaksiya-nəşriyyat bölməsinə çevrildi.
DİN-in 18.02.2002-ci il tarixli əmri ilə polis mayoru Mahir Teymurov Redaksiya-nəşriyyat bölməsinə rəis təyin edilmiş və 10.12.2008-ci il tarixədək bu vəzifədə işləmişdir. 19.02.2003-cü il tarixli 299 ş/h nömrəli əmrinə əsasən polis polkovnik-leytenantı, filologiya üzrə fəlsəfə doktoru Fərhad Ağayev Elmi-tədqiqat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və 22.10.2007-ci il tarixinədək bu vəzifəni icra etmişdir. DİN-in 10.12.2008-ci il tarixli əmrinə əsasən polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Nəbi Əsgərov Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş və 05.04.2012-ci il tarixinədək bu vəzifədə işləmişdir. DİN-in Polis Akademiyasının 13.02.2013-cü il tarixli Ə 45-034-13 nömrəli əmri ilə Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsinin vakant olması ilə əlaqədar şöbənin ümumi işinə nəzarətin və cari vəzifələrin həlli məqsədilə «DİN-in Polis Akademiyası Nizamnaməsi»nin 13.2-ci maddəsi rəhbər tutularaq Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası həmin şöbənin elmi katibi, polis polkovnik-leytenantı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Elçin Səmədova, 2016-cı ilin oktyabrına kimi isə polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Nəbi Əsgərova həvalə edilmişdir.

 DİN-in 31.10.2016-cı il tarixli Ə3140 ş/h-001-16 nömrəli əmrinə əsasən polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinə rəis təyin edilmişdir.
Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində həm elmi-tədqiqat işləri, həm də redaksiya-nəşriyyat fəaliyyəti həyata keçirilir. Professor-müəllim heyətinin elmi fəaliyyətinə daxil olan tədbirlərin təhsilverənlərin öz elmi-nəzəri səviyyəsinin, təhsilalanların isə bilik və bacarıqlarının artırılmasında rolu şöbədə myəyyənləşdirildikdən sonra həmin tədbirlər akademiyanın illik elmi-tədqiqat işlərinin tematik planına təqdim edilirlər. Akademiyanın əməkdaşlarının tərtib etdikləri dərslik, dərs vəsaiti, tədris proqramı, sxemlər albomu, metodiki vəsait, monoqrafiya və sair poliqrafik materiallar nəfis şəkildə şöbə tərəfindən nəşr edilir. Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin nəzarəti və tövsiyələri əsasında akademiyada fəaliyyət göstərən Kursant elmi cəmiyyəti kursantları elmi yaradıcılığa cəlb edir, onlarla birgə elmi konfrans, seminar və bilik müsabiqələri təşkil edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali məktəb tələbələrinin elmi konfransı üçün kursantların mövzular üzrə hazırladıqları məruzələrinin tezisləri şöbədə seçildikdən sonra onların konfransın təşkilat komitəsinə göndərilməsi məsələsilə bağlı akademiya rəhbərliyi qarşısında vəsatət qaldırılır. Son vaxtlar bu kimi tədbirlərdə, bir qayda olaraq, iştirak etmələrinə görə kursantlarımız fəxri fərmanlarla mükafatlandırılırlar.Təhsil Nazirliyinin ənənəvi olaraq keçirdiyi doktorantların və gənc tədqiqatçıların elmi konfranslarının işində zabit heyətinin üzvləri də fəal iştirak edir, apardıqları elmi-tədqiqat işlərinin yekunları barədə respublikanın elmi ictimaiyyətinin aparıcı mütəxəssisləri qarşısında məruzə edirlər və sertifikatlarla təltif olunurlar. Şöbə zabit-müəllim heyəti üzvləri tərəfindən seçilən dissertasiya mövzularının akademiyanın elmi şurasında müzakirə və bəyənilməsi, həmçinin elmi adların (dosent, professor) verilməsi üzrə vəsatətin qaldırılması və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təsdiq olunması üçün göndərilməsi işlərini təşkil edir.

Şöbə tərəfindən professor-müəllim heyəti arasında dissertasiya işi üzərində elmi-tədqiqatların aparılmasının zəruriliyi barədə təbliğat işini həyata keçirir.
 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası uzun illərdir ki, daxili işlər orqanları üçün ali hüquq təhsilli peşəkar kadr hazırlığını həyata keçirir. Hazırda Akademiyada 700 nəfər əyani və 1500 nəfər qiyabi təhsilalanların təlim-tərbiyəsi və təhsili ilə yüz nəfərə yaxın professor-müəllim heyəti məşğul olur. Müəllimlərin 16 nəfəri (onlardan: 11-i hüquq, 1-i fizika-riyaziyyat,1-i filologiya, 1-i siyasi,1-i iqtisadiyyat,1-i pedaqogika elmləri üzrə) fəlsəfə doktoru, iki nəfəri isə hüquq elmləri doktoru olmaqla elmi-pedaqoji fəaliyyəti həyata keçirirlər. Hal-hazırda Akademiyanın 13 əməkdaşı fəlsəfə doktoru, 4 əməkdaşı elmlər doktoru, 1 əməkdaşı isə magistr üzrə elmi-tədqiqat işi üzərində çalışırlıar.
 Son illər Polis Akademiyasının maddi-texniki bazası kifayət qədər genişləndirilmiş, əyani, qiyabi və idarəetmənin təşkili və ixtisasartırma fakültələrində yüksək ixtisaslı polis əməkdaşlarının hazırlığına diqqət artırılmışdır. 2018-2019-cu tədris ilindən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi ilə magistr pilləsi üzrə 10 nəfərin qəbulu nəzərdə tutulmuşdur.
Akademiyanın professor-müəllim heyəti, elmi işçiləri və əməkdaşları həmişə dövlətin qayğısını və diqqətini hiss etmişlər. Müxtəlif dövlət mükafatları ilə təltif olunmuşlar. Onlardan “Şöhrət” və “Olimpiya” ordenlərinə, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”nə, “Vətən uğrunda” medalına, digər fəxri diplomlara və adlara layiq görülmüşlər. 3 nəfər Əməkdar müəllimdir.
Elmi və elmi-pedaqoji kadr potensialı haqqında

    Akademiyanın elmi fəaliyyəti daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı elmin müvafiq sahələrinin inkişafına və elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.
     Akademiyanın elmi fəaliyyəti daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı elmin müvafiq sahələrinin inkişafına və elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.
Dərc olunmuş elmi işlər, təhsilin bütün pillələri üçün
nəşr olunmuş dərs vəsaitləri

    Tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə Akademiyanın professor-müəllim heyəti tərəfindən son illərdə fundamental elmi işləri özündə əks etdirən 50-dən çox monoqrafiya, 30-dən çox dərslik, 200-ə yaxın dərs vəsaiti, 100-ə yaxın metodiki tövsiyə, 70-ə yaxın sxemlər albomu, 100-ə yaxın mühazirələr toplusu, 100-dən çox tədris proqramı, ümumilikdə 600-dən çox təhsil resursu hazırlanıb nəşr etdirilmişdir.     Qeyd edilən vəsaitlərin 500-dən çoxuna Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qrif verilmişdir. Həmin vəsaitlərin tədrisi təkcə Akademiyada deyil, həmçinin respublikanın əksər ali təhsil müəssisələrində tədris olunur.
Akademiyanın “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin
nəşriyyat işi haqqında
Tədris planlarında nəzərdə tutulmuş fənlərin tədris-metodiki materiallarla təmin olunması, müxtəlif fənn proqramlarının, metodik vəsaitlərin, dərslik və dərs vəsaitlərinin, broşür, albom, plakat, buklet, açıqcaların, məcmuələrin, elmi-metodik və konfrans materiallarının, məlumat bülletenlərinin və digər materialların redaktə edilməsi, çapa hazırlanması və nəşrində, habelə informasiya mənbələri ilə təmin olunmasında Akademiyanın “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin xüsusi yeri vardır.

Şöbədə redaksiya-nəşriyyat materiallarının hazırlanması akademiyanın daxili imkanları hesabına maliyyələşdirilir.
Akademiyanın nəşriyyatı 2002-ci ildən fəaliyyətə başlamışdır. Mətbəənin maddi-texniki bazası gücləndirilmiş və günün tələblərinə uyğun yeni texnoloji avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, hazırda nəşriyyatda istehsalat sahəsində aşağıdakı avadanlıqlardan istifadə edilir: məsələn: - “Rizoqraf” və “Duplo” markalı şap maşınları; kitabları kleynən cildləmə aparatları; dəmir və plasmas purjunla tikən cildləmə aparatları; müxtəlif səhifəli kitabları dəmir sancaqla tikən aparat; A3 və A4 formatlı, rəngli və ağ-qara printerləri və ksero aparatları; plastik kart hazırlayan aparat; müxtəlif ölçülü laminasiya aparatları; müasir kompyuterlər.

Son illərdə nəşriyyatda 60 adda müxtəlif təyinatlı çap məhsulları: dərsliklər, dərs vəsaitləri, metodiki göstəriş və vəsaitlər, fənn proqramları, monoqrafiyalar, müxtəlif formatlı elmi-praktiki konfransların materialları, “İxtisasartırma və idarəetmə” fakültəsinin dinləyiciləri üçün mühazirələr topluları nəşr olunmuş, tədris işində istifadə edilən çoxsaylı blanklar və dərs cədvəlləri yüksək poliqrafik keyfiyyətdə və minlərlə tirajla çap edilmişdir. Buraxılış və kurs işləri, referat üzərində işləyən təhsilalanlar da şöbəyə müraciət edirlər.
Akademiyanın nəşriyyatında müxtəlif elm sahələrini əhatə edən aşağıda sadalanan dərsliklərin, dərs vəsaitlərinin, proqramların, metodiki göstərişlərin və digər tədris vəsaitlərinin və sənədlərin mətn yığımı, səhifələnməsi, dizaynı həyata keçirilməklə çap edilmişdir:

Akademiyanın nəşriyyatında tədris vəsaitləri ilə yanaşı akademiyanın fakultə, şöbə və bölmələrinə tələb olunan blankların və digər sənədlərin çapı (əlli min ədəd) və s. həyata keçirilir.
Fərəhləndirici haldır ki, Akademiyanın nəşriyyatında çap olunan və yüksək poliqrafik tərtibatı və keyfiyyəti ilə seçilən dərsliklər və dərs vəsaitləri KİV-də geniş işıqlandırılmış, Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi tərəfindən keçirilmiş Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkalarında iştirak etmişdir.
Akademiyanın Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsində hüquq sahəsinin elmi-nəzəri, təcrübi-tətbiqi məsələləri üzrə nəşr olunmuş ədəbiyyatların bir nüsxəsi şöbədə yaradılmış stenddə yerləşdirilir və bu sıra ildən-ilə zənginləşdirilir.

“Akademiyanın elmi xəbərləri” jurnalı
    Respublika və beynəlxalq aləmdə elmin ictimaiyyətə yüksək səviyyədə təqdim olunması, elmi tədqiqatların elm-təhsil müəssisələrində müzakirə edilməsi, habelə dünya elmi ictimaiyyətinə çatdırılması kimi prioritet bir vəzifəni qarşısına qoyan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası «Polis Akademiyasının elmi xəbərləri» adlı elmi hüquq jurnalını Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçirərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qoyduğu tələblər əsasında 2011-ci ildə 1-ci nömrəsini nəşr etdirmişdir. Jurnalın redaksiya heyətinə respublikanın və beynəlxalq aləmin tanınmış alimləri daxil edilmişdir.
    «Polis Akademiyanın elmi xəbərləri» elmi hüquq jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 16 may 2014-cü il tarixli iclasınnda (prot.№07-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na (hüquq elmləri üzrə) əlavə edilməsi qərara alınmış, həmçinin jurnala Beynəlxalq Standart Seriya Nömrəsi (İSSN 2307-2504) verilmişdir.
    «Polis Akademiyanın elmi xəbərləri» jurnalınjda tək yerli mütəxəssislərin deyil, bir çox xarici dövlətlərin (Rusiya, Türkiyə, Ukrayna və sair) də alimlərinin elmi məqalələri dərc olunur. Jurnalda dərc edilən elmi məqalələrdən nəinki professor-müəllim heyəti, o cümlədən təhsilalanlar da səmərəli istifadə edirlər.
Jurnalın hər bir nömrəsi Akademiyanın internet saytında yerləşdirilmişdir. Jurnalın nüsxələri respublikamızın müvafiq qurumları ilə yanaşı,xarici ölkələrə də göndərilir.

«Polis Akademiyası» qəzeti
2013-cü ildə təsis edilmiş «Polis Akademiyası» qəzeti Akademiya haqqında məlumatların daha geniş kütləyə çatdırılmasına şərait yaratmışdır.
Opponentlik və dissertasiya işinə aparıcı təşkilat olaraq rəylərin verilməsi
DİN-in Polis Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi siyahısında aparıcı təşkilatlardan biridir. Akademiya aparıcı təşkilat kimi elmi-tədqiqat işlərinə 50-dən çox (dissertasiya işinə və avtoreferata) rəy vermiş, bundan əlavə fərdi olaraq dissertasiya işlərinə 500-dən çox rəsmi opponentə, tədris proqramlarına, dərs vəsaitinə, dərsliyə, elmi məqaləyə, monoqrafiyaya, diplom işlərinə, metodik vəsaitə və s. rəy vermişdir.
Dissertasiya şuraları, müdafiələr
Akademiyanın bir əməkdaşı Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavinidir.
 Akademiyanın əməkdaşları dissertasiya şuralarında və müdafiələrdə üzv kimi iştirak edirlər.

Beynəlxalq və ikitərəfli proqramlar çərçivəsində xarici elmi qurumların fəaliyyətində iştirakı əks etdirən əməkdaşlıq, həmçinin digər təşkilatlarla birgə həyata keçirilən proqram və layihələr, təşkil olunmuş beynəlxalq və milli tədbirlər, innovasiya sahəsində fəaliyyətin nəticələri

- Tədris-təlim prosesində müasir beynəlxalq təcrübənin tətbiqi və öyrənilməsi məqsədilə Polis Akademiyasının 60-dan çox əməkdaşı (İtaliya, İspaniya, Moldova, Fransa, Almaniya, Rusiya, Macarıstan, Tatarıstan, Avstriya, İngiltərə, İsveç, İsveçrə, İordaniya Krallığı, Gürcüstan, Türkiyə, Səudiyyə Ərəbistanı, Ukrayna, Belarus, Tacikistan və digər) müxtəlif dövlətlərdə keçirilən konfrans, seminar, təlim və beynəlxalq intellektual müsabiqələrdə iştirak etmişlər.

- DİN-in Polis Akademiyasının beynəlxalq təhsil assosiasiyaları və təşkilatlarına üzvlüyünün genişləndirilməsi, qabaqcıl ali təhsil müəssisələri ilə birlikdə beynəlxalq proqramlar əsasında mütəxəssis hazırlığı aparmasının təmin olunması məqsədilə 1998-2016-cı illərdə xarici dövlətlərin 15-ə yaxın ali təhsil müəssisəsi ilə (Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyası, Moskva və Sankt-Peterburq Universitetləri, Volqoqrad və Nijiqorodsk Akademiyaları, Rostov Hüquq İnstitutu, Belarus Respublikası Mogilyov Ali Kolleci, Ukrayna DİN-in Kiyev Milli Universiteti və Donetsk Hüquq Universiteti, Moldova Respublikası DİN-in «Ştefan çel Mare» Akademiyası, Macarıstan Respublikası Ali Polis Məktəbi, Ukrayna DİN-in Xarkov Milli Universiteti və başqaları ilə) əməkdaşlıq haqqında müqavilə, saziş və protokollar imzalanmışdır.
- DİN-in Polis Akademiyası 29 noyabr 2001-ci il tarixdən MDB-yə üzv ölkələrin daxili işlər nazirliklərinin ali məktəblərinin assosasiyasında müşahidəçi qismində iştirak edir.

- Beynəlxalq səviyyəli tədbirlərdə fəal iştirakımızın nəticəsidir ki, artıq təhsil müəssisəmiz 2010-cu il ilin fevral ayından Avropa Polis Kollecləri Assosasiyasının (AEPC) üzvüdür, Beynəlxalq Polis Akademiyaları Birliyində (İNTERPA) və Almaniya Respublikası Bavariya Dövlətinin Hans Zaydel Fondunun tədbirlərində müşahidəçi qismində iştirak edir.
- DİN-in Polis Akademiyasının ümumi kitabxanasında «İrbis-64» avtomatlaşdırılmış Elektron kitabxana informasiya sistemi və onun veb-portalı alınıb və quraşdırılaraq 2010-cu ilin sentyabr ayından fəaliyyət göstərir. Hazırda Polis Akademiyası EBNİT Beynəlxalq Asossiasiyasına üzv seçilmişdir.

- Türkiyə DİN-in Polis Akademiyasının təşəbbüsü ilə 2 iyul 2011-ci ildə təsis edilmiş Beynəlxalq Polis Akademiyaları Assosiasiyasına (İNTERPA) Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının üzv olması barədə təklif daxil olmuşdur və bununla bağlı Akademiya rəhbərliyi tərəfindən müsbət rəy bildirilmişdir.

- Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında polis əməkdaşlığı çərçivəsində Fransanın Bakıdakı səfirliyinin əməkdaşlıq mədəniyyət şöbəsi tərəfindən DİN-in Polis Akademiyasının kursantləri üçün 2013-2014-cü illər ərzində fransız dilinin tədrisi ilə əlaqədar 5 sentyabr 2013-cü il tarixində qarşı tərəflə müqavilə imzalanmışdır.

- Azərbaycan Respublikası DİN-in Polis Akademiyası və Ukrayna Milli Universiteti “Odessa Hüquq Akademiyası” arasında 29 mart 2014-cü il tarıxində təhsil və elmi fəaliyyət üzrə qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanmışdır.
- DİN-in Polis Akademiyası və Rusiya Federasiyası DİN-in Voronej İnstitutu arasında 11 dekabr 2014-cü il tarıxində təhsil və elmi fəaliyyət üzrə qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanmışdır.

- Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı»nın 28-ci bəndinə müvafiq yaradılmış hüquq-mühafizə orqanlarının tədris müəssisələrinin (mərkəzlərinin) nümayəndələrindən ibarət İşçi Qrupunun tərkibinə «Kriminalistika» kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d.,dos.Allahverdi Mahmudov və «Cinayət prosesi» kafedrasının pəisi, polis polkovniki, h.ü.f.d. Səyyad Ağayev daxil edilmiş, UNİSEF tərəfindən verilmiş sertifikata əsasən baş müəllim, polis polkovnik-leytenantı Vüqar Mansurov «Yuvenal Ədliyyə» sahəsində, polis mayoru Rafiq Nəcəfquliyev Azərbaycanda «Məhkəmə və hüquq islahatlarının dəstəklənməsi layihəsi» üzrə ekspert qismində cəlb edilmişlər.

- DİN-in Polis Akademiyasının yeni tədris planları və fənn proqramlarının hazırlanmasında Bakı Dövlət Universitetinin, Türkiyə Polis Akademiyası, Rusiya Federasiyası DİN-in Moskva İdarəçilik Akademiyası, Moskva və Sankt-Peterburq Universitetlərinin, Nijniy-Novqorod və Volqaqrad Akademiyalarının, Ukrayna Respublikası DİN-in Kiyev və Xarkov Milli Universitetləri, Lvov Akademiyası, Moldova Respublikası DİN-in Kişnyov Akademiyası, Belarus Respublikasının Minsk Akademiyasının tədris planları təhlil edilərək qabaqcıl yerli və beynəlxalq təcrübə öyrənilib istifadə edilmişdir.

- Boloniya prosesinin prinsiplərinə uyğun olaraq DİN-in Polis Akademiyasının məlumat bazasının zənginləşdirilməsi üçün CEPOL təşkilatında yeni yaradılan işçi qrupunun «Avropa polis təhsilində Boloniya prosesinin tətbiqi» adlı informasiya şəbəkəsinə qoşulmuşdur.

- Bunlarla yanaşı, Akademiyanın əməkdaşları kütləvi informasiya vasitələrində müxtəlif mövzularda elmi məqalə və tezislərlə çıxışlar edir, respublika və beynəlxalq əhəmiyyətli, o cümlədən Amerika və Avropa ölkələrində elmi-nəzəri və elmi-praktiki konfranslarda, habelə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təşkil etdiyi müdafiə şuralarında və elmi seminarlarda iştirak edir, aparıcı təşkilat, elmi rəhbər və rəsmi opponent qismində rəylər hazırlayırlar. Akademiyada tədbirlər planına əsasən, mütəmadi olaraq beynəlxalq və respublika əhəmiyyətli elmi-nəzəri, praktiki və hüquqi konfranslar təşkil edilir. Mötəbər beynəlxalq təşkilatlarda iştirak və nümunəvi çıxış etdiklərinə görə akademiya əməkdaşlarına müvafiq sertifikatlar və mükafatlar təqdim edilmişdir. Buna misal olaraq Türkiyə Polis Akademiyası, Ukrayna Milli Daxili İşlər Akademiyası, Rusiya Federasiyası DİN Akademiyası, Sankt-Peterburq Universiteti, Rostov Hüquq İnstitutu, Volqoqrad və Moskva Milis akademiyaları, Macarıstan «Açıq cəmiyyəti», Budapeşt Konstitusiya və Hüquq Siyasəti İnstitutunu və digər ali polis təhsili verən məktəbləri göstərmək olar.

- Bakıda Mərkəzi,Şərqi və Cənub-Şərqi Avropa ölkələrinin polis (milis) ali təhsil müəssisələrinin rəhbərlərinin “Qloballaşma və cinayətkarlıq: kadr hazırlığında ali təhsil müəssisələrinin yeni vəzifələri” mövzusunda 13-cü Beynəlxalq konfransı keçirilmişdir. Almaniyanın Hans Zaydel fondunun təşəbbüsü ilə keçirilən konfransda Azərbaycan DİN-in Polis Akademiyası ilə birgə, həmçinin Almaniya, Çexiya, Latviya, Moldova, Polşa, Rusiya, Serbiya və Çernoqoriya, Sloveniya, Türkiyə və Ukrayna respublikalarının polis (milis) ali təhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər.

-Təhsil müəssisələrinin beynəlxalq aləmdə tanınmasına təsir göstərən amillərdən biri də onların beynəlxalq səviyyəli elmi-praktiki konfranslarda iştirakıdır. Akademiyada Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ombudsman Aparatının, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Hüquqşünasları Konfederasiyasının, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə və , Gömrük nazirliklərinin, Dövlət İdarəçilik və Milli Aviasiya Akademiyalarının, Qafqaz Universitetinin, Baş Prokurorluq və daxili işlər orqanlarının müxtəlif xidmətlərinin nümayəndələrinin, eləcə də Rusiya Federasiyası, Belarus, Ukrayna, Moldova, Tacikistan Respublikaları və Türkiyə Cümhuriyyətinin tanınmış hüquqşünas alimlərinin iştirakı ilə “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri”(18.12.2013, 21.10.2014, 16.10.2015, 20.10.2017),“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının konstitusiya təminatının aktual problemləri”(07 noyabr 2014), “Ailə-məişət zorakılığının sosial-psixoloji,cinayət-hüquqi və kriminoloji problemləri” (29.02.2016) və digər mövzularda beynəlxalq elmi-praktik konfranslar keçirilmişdir. Əldə edilmiş müsbət təcrübənin tədris-təlim prosesində tətbiq edilməsi məqsədilə konfrans materialları toplu şəklində nəşr edilərək istifadəyə verilmişdir.

- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və «YUNESKO»nun «İnformasiya hamı üçün» Proqramının Azərbaycan Komitəsinin xətti ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İctimai Hüquq İnformasiya Mərkəzində keçirilən «Kitabxana işinin modernləşdirilməsi», Kitabxanaların fəaliyyətinin optimallaşdırılması» işinə dair təşkil olunmuş treninqdə Akademiyanın kitabxana əməkdaşları iştirak etmiş və müvafiq sertifikatlarla təltif edilmişlər.

- Avropa Polis Kollecləri Assosiasiyası (AEPC) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının birgə təşkilatçılığı ilə 23-24 aprel 2015-ci il tarixlərdə «Beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə təlim-tədris strategiyası» adlı Beynəlxalq konfransın və AEPC-nin İdarə Heyətinin toplantısı Bakı şəhərində, DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində keçirilmişdir. Konfransda AEPC-nin Prezidenti, Fransanın Lion Ali Polis Məktəbinin rəisi, xanım Helen Martini başda olmaqla ümumilikdə 33 nümayəndə, o cümlədən 9 ölkənin polis ali məktəblərinin rəisləri və 11 əməkdaşı iştirak etmişlər. Onlar Türkiyə, Fransa, Almaniya, Avstriya, Belçika, Estoniya, İspaniya, İsveç, İtaliya, Latviya, Macarıstan, Makedoniya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Belarus kimi dövlətləri təmsil edirdilər.
DİN-in Polis Akademiyasının əməkdaşları respublikanın və digər xarici ölkələrin hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin əməkdaşları ilə birgə nəşr etdirmiş dərslik və dərs vəsaitləri

- «Kriminalistika» kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d. Allahverdi Mahmudov, kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Ələkbər Allahverdiyev, həmin kafedranın müəllimi, polis polkovnik-leytenantı Rasim İsaqov, kafedranın sabiq müəllimləri Şair Abdurrahmanov, Nuru Həsənov Bakı Dövlət Universiteti, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan MEA-nın FSH İnstitutunun əməkdaşlarının həmmüəllifliyi ilə «Kriminalistika» adlı dərslik. Bakı 2010;
- «Cinayət hüququ» kafedrasının sabiq müəllimi Novruz Mustafayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təşkilat-nəzarət İdarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, dosent, h.ü.f.d. Cabir Quliyevin həmmüəllifliyi ilə «Azərbaycan Respublikasının Cəza-icra hüququ (anlayışlar, qısa şərhlər və sxemlər)» adlı monoqrafiya. Bakı 2012;

- Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi h.ü.f.d.,dos. Hikmət Eyvazov Bakı Dövlət Universitetinin «Cinayət prosesi» kafedrasının professoru, h.e.d. Midhəd Qəfərovun həmmüəllifliyi ilə «Hüquq-mühafizə orqanları» adlı dərslik (III nəşr). Bakı 2012.

- Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi h.ü.f.d.,dos. Hikmət Eyvazov Rusiya Təhsil Akademiyasının üzvü, hüquq elmləri doktoru, professor V.Y.Kikot, Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetinin rəisi N.V.Rumyantsev, Belarusiyanın Baş Prokuroru, hüquq elmləri doktoru, professor, Belarusiyanın əməkdar hüquqşünası Q.A.Vasilyeviç və digər nüfuzlu alimlərin birgə müəllifliyi ilə Moskvada «Xarici ölkələrin inzibati hüququ» Moskva-2012 adlı dərsliyi 10.000 tirajla nəşr olunaraq MDB ölkələrinin ali təhsil müəssisələrinin təhsilalanlarına təqdim olunmuşdur.
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, həmçinin İnzibati Xətalar Məcəlləsinin Kommentariyalarının hazırlanmasında DİN-in Polis Akademiyasının əməkdaşları həmmüəllif kimi iştirak etmişlər.

- ATƏT-in Bakı Ofisinin həyata keçirdiyi ”İctimai Toplantıların İdarə edilməsi” layihəsi çərçivəsində h.ü.f.d.,dos. Hikmət Eyvazov Azərbaycan və Türkiyə respublikalarının DİN-in nümayəndələri ilə birgə “Ictimai toplantılar üzrə daxili işlər orqanları üçün dərs vəsaiti” hazırlanıb çap edilmişdir.

- BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı və Avropa Şurasının birgə layihəsi əsasında Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə rəis müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor,Respublikanın Əməkdar müəllimi Mahir Əhmədovun həmmüəllif olduğu işçi qrupunun rəhbərliyi ilə “İnsan hüquqları və polis” adlı dərs vəsaiti hazırlanmışdır. Kitabın məsləhətçiləri Çexiya Respublikasının DİN-in nümayəndələri və İngiltərə Esseks Universitetinin İnsan Hüquqları mərkəzinin direktoru, rəyçiləri isə Azərbaycan DİN-in, AMEA-nın, Milli Məclisin və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının (indiki Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının) nümayəndələri olmuşlar.
 “Mülki hüquq” kafedrasının dosenti R. Məmmədov, Karaqanda Dövlət universitetinin “Mülki və əmək hüququ” kafedrasının müdiri A.S.Kizdarbekova, Ukrayna DİN-in “Mülki hüquqi fənlər” kafedrasının rəisi V.P.Makoviy tərəfindən təqdim edilmiş “Kommersiya hüququ” fənnindən “Kommersiya (sahibkarlıq) hüququ: 100 suala 100 cavab” dərs vəsaiti.

 “Mülki hüquq” kafedrasının dosenti, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru R.Y. Məmmədov, E.A.Buketov adına Karaqanda Dövlət Universitetinin Mülki və əmək hüququ kafedrasının müdiri, h.e.n., dosent A. S.Kizdarbekova, İvan Franko adına Lvov Milli Universitetinin Sosial hüquq kafedrasının dosenti, h.e.n., dosent T.V.Parpan, Ukrayna DİN-in Odessa Dövlət Universitetinin Mülki hüquqi fənlər kafedrasının rəisi, polis polkovniki, h.e.n., dosent V.P.Makoviy, N.İ.Lobaçevskiy adına Nijniy Novqorod Dövlət Universitetinin Mülki hüquq və proses kafedrasının dosenti, h.e.n., dosent İ.A.Filipova, Belarusiya Respublikasının Daxili İşlər Nazirliyinin Moqilyov İnstitutunun Hüquqi fənlər kafedrasının baş müəllimi M.V.Novitskaya tərəfindən tərtib edilmiş “Əmək hüququ. Praktikum” tədris-metodiki vəsait.
 “Mülki hüquq” kafedrasının dosenti, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru R.Y. Məmmədov, E.A.Buketov adına Karaqanda Dövlət Universitetinin mülki və əmək hüququ kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent Kizdarbekova Antonina Serikovna, Ukrayna DİN-in Lvov Dövlət Universitetinin Mülki-hüquqi fənlər kafedrasının dosenti, hüquq elmləri namizədi, dosent Dutko Alyona Aleksandrovna, Belarusiya Respublikasının Daxili İşlər Nazirliyinin Moqilyov İnstitutunun Hüquqi fənlər kafedrasının baş müəllimi Novitskaya Mariya Valeryevna tərəfindən tərtib edilmiş “Mülki prosessual hüquq. Praktikum” tədris-metodiki vəsait.
Akademiyada təhsilalanların beynəlxalq konfranslarda iştirakı
Təqdirəlayiq haldır ki, Akademiyada təhsil alan kursantların da beynəlxalq və yerli bilik yarışması, müsabiqə və elmi-praktik beynəlxalq konfranslarda çıxış edərək uğur əldə etmələri davamlı xarakter almışdır.
- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) və Belarus Respublikası DİN-in Akademiyasının birgə təşkilatçılığı ilə 13-14 iyun 2012-ci il tarixlərində Minsk şəhərində «Yeni Üfüq-2012» Qaçqın Hüququ Beynəlxalq Müsabiqə keçirilmişdir. Müsabiqədə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının III kursun kursantləri iştirak edərək I yerə layiq görülmüşlər;
- Ukrayna DİN-in Lvov Universitetində “Vətəndaş cəmiyyətinin formalaşması şəraitində hüquq mühafizə və hüquq müdafiə fəaliyyətinin hüquqi tənzimlənməsi mexanizmi” mövzusunda 1 noyabr 2013-cü il tarixində keçirilən kursant-tələbə beynəlxalq elmi-praktiki konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyasınn “Mülki hüquq” kafedrasının dosenti, polis polkovnik-leytenantı Rəşad Məmmədov və Akademiyanın III kurs kursantləri Mətin Quluzadə və Zöhrab Quliyev iştirak etmişlər.
- Rusiya Federasiyası Saratov Dövlət Hüquq Akademiyasında 16-17 may 2014-cü il tarixdə “Mülki mühakimə icraatının konstitusion əsasları və beynəlxalq standartları: tarix, müasir vəziyyət və təkmilləşdirmə yolları” adlı V Beynəlxalq elmi-praktiki konfransda DİN-in Polis Akademiyasının “Mülki hüquq” kafedrasının dosenti, polis polkovnik-leytenantı Rəşad Yusif oğlu Məmmədov və III kurs kursantləri Quluzadə Mətin Səda oğlu, Quliyev Zöhrab Azər oğlu, İslamlı Nicat Sahib oğlu iştirak etmişlər.
-14-15 may 2015-ci il tarixlərdə Nijeqorodsk Dövlət Universitetinin Hüquq fakültəsi tərəfindən “Müasir hüquq elminin və təcrübəsinin aktual problemləri” adlı XI Ümumrusiya Beynəlxalq elmi-praktiki tələbə konfrans keçirilmişdir. Konfransda bir neçə istiqamətlər ətrafında fikir mübadiləsi aparmaq və mülki hüquq seksiyasında moderatorluq etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının nümayəndə heyəti də dəvət olunmuş, həmin tədbirdə DİN-in Polis Akademiyasının “Mülki hüquq” kafedrasının dosenti, polis polkovnik-leytenantı Rəşad Yusif oğlu Məmmədov, V kurs kursantı Əliyev Orxan Rasim oğlu və IV kurs kursantları Quluzadə Mətin Səda oğlu, Quliyev Zöhrab Azər oğlu iştirak etmiş, onlar diplomlarla təltif edilmişlər.
- Kursantlar təhsil və elmlə bağlı mötəbər tədbir və festivallarda, eyni zamanda Rusiya Federasiyasının Saratov Dövlət Hüquq Akademiyasında və Ukrayna Respublikasının Daxili İşlər Nazirliyinin Lvov Dövlət Universitetində (12 oktyabr 2016) keçirilən beynəlxalq elmi-praktik konfranslarda iştirak etmişlər.
Konfranslarda iştirak edən Akademiyanın professor-müəllim heyəti, həmçinin kursantlar müvafiq dərəcələr üzrə “Diplom”larla təltif olunmuş və onlara “Sertifikat” verilmişdir.

Elmi-tədqiqat işlərinin vəziyyəti, inkişaf dinamikası və onların mütəxəssis hazırlığı profilinə uyğunluğu, eyni zamanda, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi
Akademiyada elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli elmi tədqiqat işləri aparılır. Akademiyanın 5 əməkdaşı elmlər doktoru dissetrasiyası üzərində (1-i müdafiə etmişdir), 13 nəfəri isə fəlsəfə doktoru (1 nəfəri müdafiə etmişdir) dissetrasiyası üzərində işləyirlər.
Aparılan elmi tədqiqat işlərinin nəticələri ilkin olaraq kafedralarda, sonra isə Elmi Şurada geniş və ətraflı müzakirə olunur. Müzakirələrdə aşağıdakı məsələlərə xüsusi diqqət yetirilir:
1) Elmi-tədqiqat işlərinin təşkili;
2) Elmi tədqiqatların effektivliyi;
3) Elmi-tədqiqatların aktuallığı;
4) Beynəlxalq elmi əməkdaşlıq;
5) Kompleks elmi-tədqiqatlar;
6) Beynəlxalq və respublikadaxili proqramlarda iştirak və s.
Polis Akademiyasının (bundan sonra-Akademiya) elmi-tədqiqat fəaliyyəti ali təhsil müəssisəsinin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir.
 Akademiyanın təhsilalanlarının elmi-tədqiqat fəaliyyətinin təşkilində Kursant Elmi Cəmiyyəti (KEC) mühüm rol oynayır.
Akademiyanın professor-müəllim heyətinin yerinə yetirdiyi elmi-tədqiqat işləri aşağıdakı mənbələrdən maliyyələşir:
1.    Dövlət büdcəsi hesabına
2.    Şəxsi büdcə hesabına

Akademiyanın elmi fəaliyyətinin təkmilləşməsi və genişlənməsində Akademiyada keçirilən tədbirlərin, xüsusilə də beynəlxalq və respublika səviyyəli elmi konfransların xüsusi əhəmiyyəti vardır.


 






Çap et  Çap et