Polis akademiyası

Akademiyanın kitabxanası

Akademiyanın ümumi kitabxanasının əsası kitabxana fondu kimi 20-ci illərdə qoyulmuşdur. 1957-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbi yaradılarkən, məktəbin ümumi kitabxanasının əsası da qoyulmuşdur. Keçmiş müddət ərzində kitabxananın işi daha da təkmilləşmiş, onun kitab fondu artmış, ümumi xarakterli ədəbiyyatlar, dərsliklər, dərs vəsaitləri, mühazirə fondu, metodiki tövsiyələr və s. ümumi kitabxanada toplanmışdır. Polis Akademiyasının kitabxanasının fondunun vəziyyətini aşağıdakı kimi göstərmək olar:

 

 

 

 


Akademiyanın kitabxanası dünyada və respublikamızda mövcut olan ayrı-ayrı kitabxanalarla səmərəli əməkdaşlıq edir.  Kitabxana fondunun zənqinləşdirilməsi məqsədi ilə mövcut ədəbiyyat, dərslik və dərs vəsaitlərinin sayı təhlil olunur, ehtiyac duyulan vəsait və ədəbiyyatın siyahısı tərtib edilir, kitabxana üçün alınması məqsədilə Akademiya rəisinə raportla məruzə olunur.

1996-cı ildə Azərbaycan höküməti «Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onun yaxşılaşdırmaq tədbirləri haqqında» qərar qəbul etmişdir. 1999-cu ildə «Kitabxana işi haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir.

Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatları içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edib. Ulu öndər Heydər Əliyevin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» 18 iyun 2001-ci il tarixli və «Azərbaycan əlifbası və Azərbaycan dili gününün geyd edilməsi haqqında» 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin içtimai-siyasi həyatında mühüm hadisə olmuş və latın qrafikalı Azərbaycan əlifbasına kecidi bütövlükdə təmin etmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün sferalarında köklü dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər kitabxana fəaliyyətində qabarıq şəkildə özünü göstərir.  Akademiyanın kitabxanası müdavimlərin hüquq elmlərini dərindən mənimsəməsi, müəllimlərin tədris prosesindəki işinin yüngülləşdirilməsi üçün mühüm rol oynayan elmi mərkəzdir. Burada müdavimlər bütün tədris olunan fənlər üzrə dərsliklər, mühazirələr, metodik tövsiyələr, planlar və proqramlarla təmin olunurlar.

Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 nömrəli Sərəncamı ilə təstiq edilmiş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008 – 2013 – cü illərdə inkişafı üzrə Dövlət proqramı»nın icrası ilə əlaqədar kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə müasir informasiya texnoloqiyalarının tətbiqi və elektron kitabxanaların yaradılması məqsədilə, DİN-in Polis Akademiyasının ümumi kitabxanasında «İrbis-64» avtomatlaşdırılmış Elektron kitabxana informasiya sistemi və onun veb-portalı alınıb və quraşdırılaraq 2010-cu ilin sentyabr ayından fəaliyyət göstərir. Görülən məqsədyönülü tədbirlərin nəticəsidir ki, hazırda Polis Akademiyası EBNİT Beynəlxalq Asossiasiyasına üzv seçilmişdir. Belə ki, müasir Azərbaycan cəmiyətinin informasiya təminatının həyata keçirilməsində, DİN-in ali təhsil müəssisəsi olan Polis Akademiyasında son dövrdə kitabxana işi daha da təkmilləşdirilir, kitabxana fondu sistemləşdirilir, yeni ədəbiyyatlar alınır. Müasir tələblərə cavab vermək üçün kitabxana fondu kompüterləşdirilir.

 





Çap et  Çap et