Polis akademiyası

Tibb-sanitariya hissəsi

Professor-müəllim heyətinin və müdavimlərin fiziki sağlamlığının qorunması Polis Akademiyasının işinin başlıca istiqamətlərindən biri hesab olunur. Məhz buna görə də Polis Akademiyası yaradılarkən onun ştat strukturuna Tibb-sanitariya hissəsi və daxil  edilmişdir. Hazırda Tibb-sanitariya hissəsində ixtisaslı kadrlar fəaliyyət göstərirlər. Onlar Polis Akademiyasının müdavim və dinləyicilərinə, daimi heyətinə, fəhlə və  qulluqçularına, onların yaxın ailə üzvlərinə tibb xidmətini təşkil edirlər. Hissənin peşə istiqamətində həyata keçirdiyi işin əsas istiqamətləri aşağıdakılardır :  müalicə-profilaktik, stomatoloji xidmət, sanitar-gigiyenik və əks-epidemik iş, döyüş və fiziki hazırlığın tibbi təminatı, sanitar maarif işi, müdavimlərə «ilk tibbi yardım» bacarığının və vərdişlərinin öyrədilməsi və s. Tibb-sanitariya hissəsi ildə bir dəfə xidmət göstərən kontingentin DİN-in 1 saylı Poliklinikasında  dispanserizasiyasını təşkil edir.

Bütün bu işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün tibb məntəqəsində ambulator qəbul otağı, manipulyasiya otağı, stomatoloji kabinet və bir «gündüz stasionarı» üçün yataq otağı fəaliyyət göstərir. Stomatoloji kabinet müasir  tibbi avadanlıqla təmin edilmişdir. Zəruri hallarda ehtiyacı olan xəstələr müayinə və müalicə məqsədilə DİN-in 1 saylı poliklinikasına, DİN-in Mərkəzi Respublika Hospitalına və digər şəhər klinik xəstəxanalarına göndərilir. Bu prosedura Akademiyanın «təcili tibbi yardım» maşını ilə aparılır.

Tibb-sanitariya hissəsi öz işində «Azərbaycan Respublikası DİO-da tibb xidmətinin təşkil edilməsi haqqında Əsasnamə»ni, Səhiyyə Nazirliyinin, DİN-in Tibb İdarəsinin və  Polis Akademiyası rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını rəhbər tutur.

Tibb-sanitariya hissəsi polis işçilərinə praktiki işində lazım olan zəruri tibbi bilikləri vermək üçün tədris prosesində də fəal iştirak edir. Bu sahədə  dərs deyən tibb işçiləri həmin kursları zəruri didaktik materiallarla təmin edirlər.

Tibb xidməti işini günün tələbləri səviyyəsində təşkil etmək üçün hissənin əməkdaşları mütəmadi təkmilləşdirmə kurslarını keçirlər.

 

 

Tibb-sanitariya hissəsinin rəisi

Tibb-xidməti polkovnik-leytenantı Əliyev Sərdar Nurəddin oğlu 1966-cı ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin «Müalicə profilaktika» fakültəsini bitirib.
1990-1993-cü illərdə “Gənc əlillərin əmək və istirahət evi”ndə Tibbi sosial reabilitasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
1993-1997-ci illərdə DİN-in daxili Qoşunlarının “N” saylı hərbi hissəsində həkim - terapevt, sonra isə Tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edib.
1997-ci ildən Polis Akademiyasının Tibb-sanitariya hissəsində həkim terapevt, 1999-cu ildən isə Tibb-sanitariya hissənin rəisi vəzifəsində xidmət edir.
2001, 2007 və 2011-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlər təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursları keçib.
Ailəlidir 3 övladı var.

Həkim terapevt


Tibb xidməti kapitanı - Hüseynli Əlinur Əlizadə oğlu 1976-cı ildə Bakı şəhərində anadan olub
2000 ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin «Müalicə profilaktika» fakültəsini bitirib.
2001-2002-ci illərdə döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissədə (Hospitalda) baş ordinator terapevt vəzifəsində xidmət edib.
2007 və 2011-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlər təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursları keçib.
2002-ci ildə “N” saylı hərbi hissə komandiri tərəfindən əldə etdiyi nailiyyətlərə görə  «Fəxri fərman»la təltif olunub.
2003-cü ildən Polis Akademiyasının Tibb-sanitariya hissəsində həkim-terapevt kimi xidmət edir.
Ailəlidir 1 övladı var.


Həkim stomatoloq

Tibb xidməti mayoru - Şəkixanov İmruz Tofiq oğlu 1973-cü ildə Bakı şəhərində anadan olub.
1996-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin «Stomatologiya» fakültəsini bitirib.
1996-cı ildən  1999-cu ilədək döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissədə (Hospitalında) baş ordinator stomatoloq vəzifəsində xidmət edib.
1992-cı ildə könülü olaraq “N” saylı hərbi  hissəsində «Rota sanitar  təlimatçısı» kimi döyüşlərdə iştirak edib.
2001,2007 və 2011 illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlər təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursları keçib.
2010-cu ildə «Əla» xidmətlərinə görə» döş nişanı ilə təltif edilib.
2006-cı ildə Hİ-TEJ İMPLANTS firmasının sertifikatını alıb.
2006-cı ildə «Cərrahi və ortopedik  implantoloji» kursunu keçib.
1999-cu ildən DİN-in Polis Akademiyasının Tibb-sanitariya hissəsinin həkim stomatoloqu vəzifəsində xidmət edir.
Ailəlidir 3 övladı var

 Polis Akademiyasının  Tibb-sanitariya hissində xidmət edən «Fəxri adları» olan həkimlər.

            «Respublikanın Əməkdar Həkimi» 2008-ci il.

            «Respublikanin Əməkdar Həkimi» 1992-ci il.

             «Respublikanın Əməkdar Həkimi» 2010-cu il.
             Tibb elmləri namizədi.

 





Çap et  Çap et