Polis akademiyası

«Növbətçi hissə»

 Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli 782 saylı Fərmanına əsasən Bakı Xüsusi Orta milis məktəbinin zəmnində Azərbaycan Polis Akademiyası yaradılmışdır. Həmin Fərmanla Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyun 1992-ci il tarixli 321 saylı Qərarına əsasən Polis Akademiyasında «Növbətçi hissə» yaradılmış və onun tərkibi aşağıdakı kimi olmuşdur:



          •    Baş növbətçi inspektor;
          •    Üç növbətçi inspektor;
          •    Dörd növbətçi köməkçisi;
          •    İki növbətçi sürücü.
DİN-in Polis Akademiyasının Növbətçi hissəsi öz fəaliyyətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 24 noyabr 1992-ci il tarixli 771 saylı əmrə əsasən quraraq Polis Akademiyası rəisinin rəhbərliyi altında funksional vəzifələrini icra etmiş, 2001-ci ilin 02 yanvarından DİN-in 1 saylı əmrinə əsasən Polis Akademiyasının Növbətçi hissəsinin ştat vahidində aşağıdakı dəyişikliklər olmuşdur:
          •    Növbətçi hissənin rəisi;
          •    Üç növbətçi hissənin məsul növbətçiləri;
          •    Dörd növbətçi hissənin növbətçi köməkçiləri;
          •    İki növbətçi hissənin növbətçi sürücüləri.
Növbətçi hissənin rəisi, polis polkovniki Məmmədov Elçin Rəhman oğlu 1965-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. 1991-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetinin Tarix fakültəsini, 2002-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib. 1992-ci ildən DİO-da xidmətə başlamış, DİN-in Daxili Qoşunlarında bölük komandirinin müavini, bölük komandiri, DİN-in Polis Akademiyasında kurs rəisinin müavini, Növbətçi hissənin növbətçi inspektoru, 2001-ci ildən hazıradək növbətçi hissənin rəisi vəzifəsində xidmət edir. Qarabağ müharibəsi veteranıdır. Ailəlidir. 3 övladı var.

Növbətçi hissənin məsul növbətçisi, polis baş leytenantı Qurbanov Manaf Mürşüd oğlu 1985-ci ildə anadan olub. 2013-cü ildə DİN-in Polis Akademiyasını bitirib. Ailəlidir. 1 övladı var.
Növbətçi hissənin məsul növbətçisi, polis leytenantı Hüseynov Elşad Qərib oğlu 1984-ci ildə anadan olub. 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Avtonəqliyyat fakültəsini, 2016-cı ildə DİN-in Polis Akademiyasını bitirib. Ailəlidir. 3 övladı var.
Növbətçi hissənin məsul növbətçisi, polis leytenantı Musayev Hacı İbad oğlu 1990-cı ildə anadan olub. 2017-ci ildə DİN-in Polis Akademiyasını bitirib.

Polis Akademiyasının Növbətçi hissəsinin əməkdaşları öz xidməti fəaliyyətlərində Azərbaycan Respublikası Konstitusiyasının, Ümumilli lider Heydər Əliyevin yürütdüyü siyasəti uğurla davam etdirən Prezident, Ali baş komandan cənab İlham Əliyevin Fərman və Sərəncamlarını, DİN-in müvafiq əmr və göstərişlərini, Polis haqqında qanunu, DİN-in 02 yanvar 2001-ci il tarixli 1 nömrəli və 06 iyun 2007-ci il tarixli 306 nömrəli əmrlərini rəhbər tutaraq üzərlərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşırlar.

         




Çap et  Çap et