Müstəqil
Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində “Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro”nun direktoru, polis general-leytenantı cənab O. F. Konovalovun ünvanlandığı 12.07.2016-ci il tarixli 78/1571 nömrəli məktubuna əsasən MDB dövlətlərinin daxili işlər nazirlərinin Şurası nəzdində Elmi-Məşvərət Şurasının növbəti iclasında Azərbaycan Respublikası DİN-in həmin qurumda nümayəndəsi, Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyət kafedrası”nın baş müəllimi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Şükürov Şahin Teyyub oğlu iştirak etmişdir.
MDB-in iştirakçısı olan dövlətlərin daxili işlər nazirlərinin Şurası nəzdində Elmi-Məşvərət Şurasının növbəti iclası 27 oktyabr 2016-ci il tarixində Rusiya Federasiyası Moskva şəhərində DİN-in “Ümumrusiya Elmi-Tədqiqat İnstitutu”nun bazasında keçirilmişdir. Elmi-Məşvərət Şurasının növbəti iclasında mənimlə bərabər MDB-in daxili işlər orqanlarının digər nümayəndələri, “Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə əlaqələndirməsi üzrə Büro”nun, Rusiya Federasiyası DİN-in “Ümumrusiya Elmi-Tədqiqat İnstitutu”nun rəhbər heyəti və aparıcı alimləri iştirak etmişdirlər.
Elmi-Məşvərət Ş
urasında Azərbaycan Respublikası DİN-in nümayəndəsi, Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyət kafedrası”nın baş müəllimi, polis polkovnik-leytenantı, hüquq üzrə fəlsəfə doktoru Şükürov Şahin Teyyub oğlu “Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro”nun direktoru, polis general-leytenantı O. F. Konovalov tərəfindən cinayətkarlığa qarşı mübarizədə və dövlətlərarası əməkdaşlıga görə xüsusi nişanla, MDB-in iştirakçısı olan dövlətlərin daxili işlər nazirlərinin Şurası nəzdində Elmi-Məşvərət Şurasının sədri polis general-mayoru A.A. Makorin tərəfindən Rusiya Federasiyası DİN-in “Ümumrusiya Elmi-Tədqiqat İnstitutu”nun 70 illiyi ilə əlaqədar yadigar döş nişanı ilə təltif olunmuşdur. Həmin gün, 27 oktyabr 2016-ci il tarixində Elmi-Məşvərət Şurasının növbəti iclası öz işini bitirmişdir.