Polis akademiyası

xəbərlər

Azərbaycan Respublikası Vergilər Nazirliyinin bir qrup əməkdaşı ilə “Xüsusi hazırlıq” kursu təşkil olunmuşdur.

30.12.2016

 Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə DİN-in Polis Akademiyası arasında bağlanmış müqaviləyə  əsasən  2016-cı ilin dekabr ayının 01-dən 23-dək Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Əməliyyat İdarəsinin 21 əməkdaşı ilə “Xüsusi hazırlıq” kursu təşkil olunmuşdur. Kursun  nəticələrinə əsasən DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin sədrliyi ilə  keçirilən iclasda iştirak edən  Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin  təşkili baş idarəsinin rəis müavini, kiçik vergi xidməti müşaviri Ramil Nəcəfov kursun mütəşəkkil və  səmərəli təşkil olunmasını qeyd edərək Vergilər Nazirliyinin rəhbərliyi adından DİN-in  və Akademiya rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.   İclasa yekun vuran N.Əliyev  ali təhsil müəssisəsi kimi mütəmadi olaraq digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bu cür kursların təşkil olunduğunu qeyd edərək, kursu müvəffəqiyyətlə bitirmiş əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.




Çap et  Çap et