Polis akademiyası

xəbərlər

II kurs təhsilalanları üçün “İnzibati məsuliyyət” fənni üzrə “İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xəta¬lara görə məsuliyyət” mövzusunda birgə mühazirə oxundu

17.05.2017

 03 may 2017-ci il tarixində “İnzibati məsuliyyət” fənni üzrə I tədris sa¬atın¬da “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə tədris cədvə¬linə əsa¬sən II kursun II birləşməsində “İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xəta¬lara görə məsuliyyət” mövzusunda Baş İctimai Təhlükə¬siz-lik İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Oktay Tağıyevin işti¬rakı ilə mü-hazirə keçirilmişdir. Mühazirənin girişində “DİO-nun inzibati fəaliy¬yəti” kafed¬rasının dosenti, polis polkovnik-leytenantı, h.ü.f.d., Rafiq Nəcəf¬quliyev bildirdi ki, bu cür mühazirə dərsinin təşkil edilməsinin məqsədi Azər¬baycan Respublikası DİN-in 5 yanvar 2013-cü il tarixli Ə1-001-13 nömrəli əmrin 8-ci və Kollegiyasının 29 noyabr 2013-cü il tarixli KQ-5/2 nömrəli Qərarının 6-cı bəndlərinin icrası ilə əla¬qədar kursantların nəzəri biliklərinin təcrübə ilə əlaqələn¬dirilməsi, habelə təcrü¬bi baxımdan yaranacaq sualların dəvət edilən əməkdaşlar tərəfindən cavablan¬dırıl¬¬¬ma¬¬sıdır.
 
Mühazirənin I hissəsini tədris prosesinə dəvət edilən Baş İctimai Təhlükə¬siz¬lik İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Oktay Tağıyev apardı. O, mühazirə planı  əsasında “İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xəta¬lara görə məsuliyyət” haqqın¬da təhsilalanlara məlumatlar ver-di. Müha¬zirə¬nin II hissəsini kafedra¬nın dosenti, polis polkovnik-leytenantı, h.ü.f.d. Rafiq Nəcəf¬quliyev apardı. Müha¬zi¬rəçi ictimai qayda anlayışı, onun məzmunu və təcrübədə hüquq tətbiqetmə zamanı yaranan bir sıra çətinliklər, habelə məhkəmə təcrübəsinə dair məlu¬mat¬ları diqqətə çatdırdı. Mövzunun digər sualları üzrə ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xəta tərkibləri ətrafında zəruri sayılan nəzəri və təcrübi məlu¬matlar şərh edildi. Müha¬zirə¬nin yekununda hər iki müha¬zirəçi tərəfin¬dən təhsilal¬anların mövzu ətrafında yaranan suallarına izahlar verildi.





Çap et  Çap et