Polis akademiyası

xəbərlər

Polis Akademiyasında yeni tədris ili başlandı

15.09.2017

 Yeni tədris ilinin başlanması ilə əlaqədar 15 sentyabr 2017-сi il tarixdə Polis Akademiyasında yeni tədris ilinin açılışı və “Bilik günü” qeyd edildi. Saat 08.20-də bütün şəxsi heyət Akademiyanın əsas sıra meydanında düzülmüşdür. Akademiya rəisi, polis general-mayoru сənab Nazim Əliyev şəxsi heyəti yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzulamış, həmçinin 2017/2018-ci tədris ilinin başlaması münasibətilə daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırmışdır.

Akademiya rəisi сənab Nazim Əliyev çıxışında DİN-in rəhbərliyinin diqqət və qayğısı nəticəsində Akademiyada kursantlar üçün  hərtərəfli şəraitin yaradılmasını vurğulayaraq onlardan tədris və intizam məsələlərinə məsuliyyətlə yanaşmalarını, savadlı polis zabiti kimi yetişmək üçün əllərindən gələni etməyi tövsiyə etmiş, həmçinin 2018-ci ilin 2 iyul tarixində Azərbaycan polisinin yaranmasının 100 illik yubileyinin təntənəli şəkildə Polis Akademiyasında da qeyd ediləcəyini vurğulayaraq bununla bağlı DİN tərəfindən əsas təşkilati tədbirlər planının hazırlandığını və planda Akademiyanın qarşısına müvafiq tələblərin qoyulduğunu şəxsi heyətin nəzərinə çatdırmışdır. Bilik günü şəxsi heyətin təntənəli keçid mərasimi ilə başa çatmışdır.






Çap et  Çap et