Polis akademiyası

xəbərlər

Akademiyanın kursantı “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının 7-ci mövsümünün mükafatçısı oldu

05.12.2017

 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tələblərindən irəli gələrək gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunmasını təmin etmək məqsədilə Azərbaycan Gənclər və İdman, Rabitə və Yüksək Texnologiyalar, Təhsil Nazirlikləri və Azərbaycan Televiziya və Radio Verlişləri qapalı səhmdar cəmiyyətinin dəstəyi ilə keçirilən “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının 7-ci mövsümünün super finalında Polis Akademiyasının əyani təhsil üzrə I kurs kursantı, “Prezident təqaüdçücü” Ələkbərov İlkin İntiqam oğlu II yerə layiq  görülmüşdür.
29 noyabr 2017-ci il tarixdə Park-İnn otelində millət vəkili Rauf Əliyev, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən  mükafatlanma mərasimində kursant İlkin Ələkbərov qiymətli hədiyyələr və sertifikatlarla təltif edilmişdir.






Çap et  Çap et