Polis akademiyası

xəbərlər

Onlar vətənə sədaqət andını qəbul etdilər

06.02.2018

 Azərbaycan Respublikası DİN-in müvafiq əmrinə əsaən 2018-ci ilin yanvar ayının 08-dən fevral ayının 06-dək DİO-ya orta rəis heyəti vəzifələrinə xidmətə qəbul olumuş 68 əməkdaşla  “İlkin hazırlıq” kursu təşkil olunmuşdur. Kursun nəticələrinə əsasən 06 fevral 2018-ci il tarixdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru cənab Nazim Əliyevin iştirakı ilə “Andiçmə” mərasimi keçirilmişdir. Mərasimdə  dinləyicilər adından çıxış edən tibb xidməti leytenantı  Ayşən Zahidova Akademiyada təhsil aldıqları müddət ərzində onlara yaradılmış imkanlardan məmnun olduqlarını qeyd edərək, polisin xidmət sahələrini tənzimləyən fənlər üzrə keçirilən dərslərdə peşəkar müəllimlərdən öyrəndikləri bacarıq və vərdişlərin gələcək fəaliyyətlərində daim tətbiq edəcəklərini  bidirdi.
“Andiçmə” mərasimində iştirak edən DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev gənc əməkdaşları bir daha  təbrik etdi, gələcək xidmətlərində yüksək nailiyyətlər arzulamaqla, DİN rəhbərliyinin tövsiyələrini onların nəzərlərinə çatdırdı.
Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirmiş əməkdaşlara müvafiq sertifikatlar təqdim olundu.







Çap et  Çap et