Polis akademiyası

xəbərlər

“Ailə-məişət zorakılığı” mövzusunda beynəlxalq elmi-praktik konfrans

24.09.2018

 18 sentyabr 2018-ci il tarixdə DİN-in Xəzri istirahət və sağlamlıq mərkəzində “Ailə-məişət zorakılığı” mövzusunda 14 dövlətdən 33 nümayəndənin iştirakı ilə beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Avropa Polis Kollecləri Assosiasiyasının razılığı ilə DİN-in Polis Akademiyası tərəfindən keçirilən konfransı Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov giriş sözü ilə açaraq daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubovun salamlarını iştirakçılara çatdırdı və konfransın işinə uğurlar arzu etdi.

Avropa Polis Kollecləri Assosiasiyasının prezidenti cənab Norbert Leytner çıxış edərək keçirilən tədbirin hər bir ölkə üçün faydalı olacağını bildirdi. Çıxışında tərəfdaşlıq və dostluq mühitinin inkişaf və tərəqqiyə aparan yeganə yol olduğunu bildirərək hamını qarşılıqlı əməkdaşlığa dəvət etdi.

 Daha sonra Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev konfransın təşkilatçılarının dəvətini qəbul edib Azərbaycana gəldikləri üçün hər bir nümayəndə heyətinə təşəkürünü bildirərək, araşdırılan mövzunun aktuallığı və əhəmiyyətini bir daha vurğuladı. O, qeyd etdi ki, yüksək biliyə və peşəkarlığa malik polis kadrlarının yetişdirilməsinin metodlarından biri dünya dövlətlərinin polis təşkilatları və təhsil müəssisələri ilə müsbət təcrübə mübadiləsinin aparılmasıdır.

 Konfransda mövzu ətrafında ATƏT-in polisdə islahatlar üzrə məsləhətçisi Karl Anders, Azərbaycan Respublikası DİN-in Polis Akademiyası “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov, Latviya dövlət polis rəisinin müavini Artis Vels, Litva polis məktəbinin rəisinin müavini Mindauvas Bilius, Türkiyə Respublikası Polis Akademiyasının nümayəndəsi, professor Ufuk Ayhan və Norveç polis kollecinin nümayəndəsi Aas Qeyrin çıxışları dinlənildi.
Sonda iştirakçılar Polis Akademiyası ilə yaxından tanış oldular.
 
 
 
 
 
 
           
 




Çap et  Çap et