Polis akademiyası

xəbərlər

Polis Akademiyasında “Ən yaxşı atıcı” adı uğrunda yarış keçirilmişdir.

31.10.2018

 DİN-in Polis Akademiyasının dəyişən heyətinin atıcılıq qabiliyyətinin gücləndirilməsi ilə əlaqədar Akademiya rəisinin müvafiq  əmrinə əsasən 22.10.2018-ci il əyani təhsil alan I-V kursların kursantları ilə döyüş hazlrlıq səviyyəsini yüksəldilməsi, ekstremal vəziyyətlərdə silahın tətbiqində və istifadəsində sabit vərdişlərə yiyələnməsi və peşə sayıqlığının formalaşması məqsədilə “Ən yaxşı  atıcı” adı uğrunda yarış keçirilmişdir.

    Keçirilən yarışda Hərbi kafedranın rəisi, dosent, polis polkovniki Hacı Aslanov, baş müəllimi polis polkovnik-leytenantı Elşən Hacıyev, kafedranın tədris-metodiki kabinet rəisi, polis mayoru Aslan Rəhimov, polis baş serjantı  Elvin Həmidov yarışın keçirilməsini təşkil etmişlər.   

    Yarışı acıq elan edən kafedra rəisi H. Aslanov ilk olaraq yarışın mahiyyətini açıqlamış, həmçinin atəş hazırlığının polis əməkdaşı üçün əhəmiyyətindən bəhs edərək, kursantlara bununla bağlı öz tövsiyyələrini bildirmişdir. Daha sonra Hərbi kafedranın baş müəllimi Elşən Hacıyev  gələcək fəaliyyətlərində kursantların tabel silahı ilə davrandıqda təhlükəsizlik qaydalarına riayət edilməsi üzrə tövsiyələr vermişdir.

    Yarışın obyektiv keçirilməsi, nəticələrin düzgün qiymətləndirilməsi və qalib komandanın müəyyən olunması münsiflər heyəti tərəfindən təşkil olunmuşdur. Yarışın nəticələrinə görə V kursun komandası yarışın qalibi olmuş, şəxsi birincilikdə isə V kursun kursantı, polis sıravisi Ramilə Allahverdiyeva yüksək nəticə əldə edərək birinci yerə layiq görülmüşdür. Qalib komandaya keçici kubok verilmiş, yarış iştirakçıları Akademiya rəisi tərəfindən mükafatlandırılmışdır.






Çap et  Çap et