Təchizat bölməsi

 Bölmə başqa şöbə və bölmələrə nisbətən daha erkən yaradılmış, uzun müddət fəaliyyət göstərərək, xeyli təcrübə əldə etmişdir. Bölmənin əsası Bakı Xüsusi Orta Milis Məktəbi yaradılarkən qoyulmuşdur. Akademiya yaradıldıqdan sonra onun işi daha da təkmilləşdirilmiş, daimi və dəyişkən heyətin sayının artması nəzərə alınaraq ştat vahidləri artırılmışdır.
Akademiyanin maddi-texniki bazasının müasir avadanlıqlarla, kitabxana fondu və dəftərxana ləvazimatları ilə, eləcə də daimi və dəyişkən heyətini geyim forması, silah-sursat, yataq dəstləri və ərzaq normaları ilə təmin edilməsində Təchizat bölməsinin xüsusi rolu vardır. Bölmədə 8 nəfər əməkdaş, 23 nəfər mülki işçi fəaliyyət göstərir. Onlardan 3 nəfəri zabit, 5 nəfəri isə siravi və kiçik rəis heyəti vəzifəsindədir.
Həmçinin daimi və dəyişkən heyətə xidmətin yüksək səviyyədə təşkili üçün bölmədə 1 bərbər, 1 dərzi, 1 camaşırxana, 1 kursant yeməkxanası mövcuddur. Akademiyanın kursant heyətinə gündəlik yeməklərin hazırlanması məqsədi ilə mülki vətəndaşlardan təşkil olunmuş 21 nəfər peşəkar aşbaz və mətbəx fəhləsi fəaliyyət göstərir.
Bölmənin rəisi, polis polkovniki C.X.Novruzov Azərbaycan Dövlət Pedoqoji Univerisitetini bitirmişdir. DİO-da 1992-ci ildən Polis Akademiyasında xidmətə başlamışdır. Polis Akademiyasında İSK-in rəisi, “Taktiki və fiziki hazırlıq” kafedrasında müəllim, Komendant xidmətinin rəisi vəzifələrində işləmişdir.

Təchizat bölməsi aşağıdakı başlıca istiqamətlərdə fəaliyyət göstərir:

•    Akademiyanın illik planının hazırlanması üçün təkliflər hazırlayır;
•    Akademiyanın tədbirlər planına müvafiq təşkilati işləri həyata keçirir;
•    Akademiyanın şəxsi heyətinin geyim formaları ilə təminatının uçotunu, norma üzrə verilən geyim əmlaklarının əməkdaşların ölçülərinə uyğun sifariş olunmasını, istifadəyə verilməsini təşkil edir, eləcə də paylanılmış geyim formalarının, inventar əmlakların düzgün istifadə olunmasına nəzarət edir;
•    İlin yekunu ilə əlaqədar arayış hazırlayır;
•    Dəftərxana ləvazimatlarının alınması üçün təkliflər verir və əşyaların alınıb gətirilməsini təşkil edir;
•    DİN-in müvafiq əmrinin tələblərinə və tədris planına əsasən norma üzrə silah-sursatın, xüsusi vasitələrin sifarişini və alınıb gətirilməsini təşkil edir;
•    Tədrisdə müasir texnologiyalardan istifadə olunması üçün maddi-texniki bazanın yenilənməsi məqsədi ilə təkliflər hazırlayır;
•    Dəyişkən heyətin keyfiyyətli qida məhsulları ilə təmin olunması üçün illik plan hazırlayaraq Maddi-Texniki Təminat Baş İdarəsinə sifariş verilməsini və alınmış ərzaq məhsullarının düzgün qorunub saxlanmasını təşkil edir;
•    Yarımfabrikatların hazırlanmasına, bişirilmiş xörəklərin kursantlara düzgün çatdırılmasına gündəlik nəzarət edir.

Geriyə | Çap versiyası