xəbərlər
Polis Akademiyasının nümayəndə heyəti Avstriya Respublikasının Polis Təhsil Sistemi ilə tanış olublar
23.05.2026
Qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tədris-təlim prosesinə tətbiq olunması məqsədilə 18-22 may 2026-cı il tarixlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndə heyəti Avstriya Respublikasında işgüzar səfərdə olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Avstriya Respublikasının Polis Təhsil Sistemi və Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Akademiyasında həyata keçirilən təhsil prosesi ilə yaxından tanış olmuş, polis hazırlığı sahəsində müasir çağırışlar müzakirə olunmuşdur. Təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətləri, təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin icrası imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.










