xəbərlər

Polis Akademiyasının kursantları Bakı Konqres Mərkəzində “Könlüm Xocalı” adlı anım tədbirində iştirak ediblər

04.03.2020

 “Xocalı soyqırımının 28-ci ildönümü” ilə əlaqədar Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında silsilə tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın tarixi, dövlətçiliyi, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maarifləndirmə işinin gənclər arasında aparılmasına dair mütəmadi olaraq layihə və tədbirlər həyata keçirilir. Eyni zamanda hər il fevral ayında Gənclər Fondu “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində minlərlə gəncin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirir.

Polis Akademiyasının kursantları 26 fevral 2020-ci il tarixində Bakı Konqres Mərkəzində “Xocalı soyqırımının 28-ci ildönümü”nə həsr edilmiş “Könlüm Xocalı” adlı anım tədbirində iştirak etmişlər. Tədbirdən sonra kursantlar Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əlif Hacıyev ilə həyat yoldaşı Belarus əsilli Azərbaycan vətəndaşı Qalina Hacıyevaya həsr olunmuş “Qırmızı ləçəklər” romanının təqdimat mərasimində iştirak etmişlər.

Geriyə | Çap versiyası