xəbərlər

DİN-in Polis Akademiyasında dezinfeksiya işləri aparılıb

14.03.2020

DİN-in Polis Akademiyasında  koronavirus (COVID-19) infeksiyasına qarşı dezinfeksiya işləri aparılıb.
Nazirlər Kabinetinin  “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə Polis Akademiyasının bütün tədris binaları, keçid-buraxılış məntəqələri və akademiyanın nəqliyyat vasitələrəi, konfrans və akt zalları, auditoriyalar, kitabxana, oxu zalları, dəhlizlər, yeməkxana və digər ərazilər dezinfeksiya olunub.
Dezinfeksiya qrupu tərəfindən aparılan dezinfeksiya işlərində yüksəkkeyfiyyətli “Lizoformin-3000” məhlulundan istifadə olunub.
 
       
Geriyə | Çap versiyası