xəbərlər

Polis Akademiyasının 100 illik yubileyinə və Silahlı Qüvvələr gününə həsr olunmuş “Parkur” yarışı keçirilmişdir

26.06.2021

 26 iyun 2021-ci il tarixində Polis Akademiyasının 100 illik yubileyinə və Silahlı Qüvvələr gününə həsr olunmuş Akademiyanın idman şəhərciyində “Parkur” (maneələr zolağının qət edilməsi) idman növü üzrə Akademiya birincilyi keçirilmişdir.
Yarışda Akademiyanın I-IV kurslardan ibarət səkkiz komandası iştirak etmişdir.
Komandalar 3 yer uğrunda gərgin mubarizə aparmışlar.
Nəticədə III kurs - birinci yerə, IV kurs – ikinci yerə və  I kurs – üçüncü yerə layıq görülmüşdür.
Yarışın yekununda kurs rəhbərləri tərəfindən qaliblər kubok, diplom və qiymətli hədiyələrlə təltif olunmuşdur.

Geriyə | Çap versiyası