Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında Elmi Şuranın iclası keçirilib

21.09.2020
DİN-in Polis Akademiyasının Elmi Şurasının 2020/2021-ci tədris ilinin başlanması ilə bağlı ilk iclası keçirilib.
Akademiyanın rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovniki Canpolad Daanov iclası giriş sözü ilə açaraq daxili işlər naziri, general polkovnik cənab Vilayət Eyvazovun yeni tədris ilinin başlanması münasibətilə təbrikini  Elmi Şuranın üzvlərinə, akademiyanın kollektivinə və professor-müəllim heyətinə çatdırdı.

C.Daanov bildirdi ki, pandemiya dövründə respublikamızda vətəndaşlarımızın sağlamlığı, sosial-iqtisadi durum Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən daim nəzarətdə saxlanılmış və bu istiqamətdə çox ciddi tədbirlər görülmüşdür. O da qeyd olundu ki, Akademiyanın maddi-texniki bazasının formalaşması, daimi və dəyişən heyətin sosial şəraitinin yaxşılaşdırılması DİN-in rəhbərliyinin gündəlik nəzarətindədir.
Sonra iclasın sədri gündəliyi elan edib. Plan səsə qoyularaq, təsdiq edilib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsi aparılıb.
Tədris-metodiki şöbənin rəisi, polis polkovniki  Fərhad Əliyev 2019/2020-ci tədris ilinin yekunları, yeni dərs ilində tədris prosesinin  təkmilləşdirilməsi tədbirləri barədə təqdimatla çıxış edib. Bildirilib ki, Akademiyada daxili işlər orqanları üçün yüksək ixtisaslı, peşəkar kadr hazırlığı istiqamətində təlim-tədris prosesi həyata keçirilmiş, xidməti fəaliyyət davam etdirilmişdir. Tədris ili ərzində bir sıra uğurlara imza atılmış, respublikanın ali təhsil müəssisələri ilə əlaqələr genişləndirilmiş, təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə görüşlər keçirilmişdir.

Sonra məruzə ətrafında Akademiyanın tədris və elmi işlər üzrə müavini, professor Mahir Əhmədov, kafedra rəisləri dos. Ceyhun Süleymanov, dos. Rafiq Nəcəfquliyev, Famil Muradov, dos.İmrəli Məmmədli, dos. Səyyad Ağayev, dos.Allahverdi Mahmudov və dos. Hacı Aslanov 2019/2020-ci tədris ilinin  yay imtahan sessiyasının yekunları və yeni tədris ilində görüləcək işlər barədə məruzə ediblər.
Şurada Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, dos. Hikmət Eyvazov professor-müəllim heyəti tərəfindən hazırlanmış tədris vəsaitlərinin müzakirəsi ilə bağlı Elmi Şuranın üzvlərinə məlumat verib. Müzakirəyə təqdim edilən vəsaitlər şura üzvləri tərəfindən qəbul edilib.
İclasın sədri sonda müzakirə olunan məsələlərlə əlaqədar işlərin qısa müddətdə icrası üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.
Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsi