Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşı Türkiyədə keçirilən Simpoziumda onlayn iştirak etmişdir

01.12.2020

DİN-in Polis Akademiyasının “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin baş inspektor-korrektoru, polis leytenantı Aynur Səfərli 25-27 noyabr 2020-ci il tarixində Türkiyə Cümhuriyyətinin İzmir şəhərində Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu, L.N.Qumilyev adına Avrasiya Milli Universiteti və “Abay Akademiyası” Elm və Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Doğumunun 175-ci ildönümünə həsr olunmuş Beynəlxalq Abay Kunanbayoğlu Simpoziumu”nda “Qazax mənəvi dəyərlərinin tərənnümçüsü Abay və Azərbaycan” adlı məruzə ilə onlayn iştirak etmişdir. Simpoziumda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyasının Xakasiya və Tatarıstan Respublikasından 63 elm adamı iştirak edirdi.

Simpoziumda Azərbaycan Respublikasını professor Elman Quliyev və DİN-in Polis Akademiyasının əməkdaşı, polis leytenantı, BDU-nun Türkologiya kafedrasının filologiya üzrə doktorantı Aynur Səfərli təmsil edirdilər. A.Səfərli məruzəsində öz yaradıcılığını Şərq, Azərbaycan (Nizaminin yaradıcılığı), Rus-Avropa və Qazaxıstan şifahi xalq ədəbiyyatı ilə formalaşdıran Abay Kunanbayevin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Yazılı qazax ədəbiyyatının banilərindən və yaradıcılarından olan Abay Kunanbayevi “Qazax ədəbiyyatının günəşi” adlandıran Aynur Səfərli, ədibin yaradıcılığını dövrünün Azərbaycanlı yazıçılarının yaradıcılığı ilə müqayisə etmiş, tutarlı elmi ədəbi faktlar səsləndirmişdir.

Sonda Abay Kunanbayev yaradıcılığının hələ də tədqiqata ehtiyacı olduğunu vurğulayan Aynur Səfərli bunu böyük qazax mütəfəkkirinin hərtərəfli yaradıcılığa malik olması ilə əlaqələndirmişdir.