Polis akademiyası

xəbərlər

Polis Akademiyasının nümayəndə heyəti Bolqarıstan Respublikası DİN-in Akademiyasına səfər edib

10.03.2020

 Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının və Bolqarıstan Respublikası DİN-in Akademiyası arasında əməkdaşlıq əlaqələrinin yaradılması və birgə fəaliyyətlrin həyata keçirilməsi məqsədilə DİN-in Polis Akademiyasının nümayəndə heyəti Bolqarıstana, Sofiya şəhərinə 23-25 fevral 2020-ci il tarixlərində səfər etmişlər. Qeyd olunan tədbirdə DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərliyi ilə Akademiyanın rəisinin birinci müavini, polis polkovniki Canpolad Daanov və Beynəlxalq əməkdaşlıq qrupunun inspektoru, polis polkovnik-leytenantı Ruslan Cəfərov iştirak etmişlər.   

Səfər proqramına uyğun olaraq, 24 fevral 2020-ci il tarixində nümayəndə heyətimiz Bolqarıstan Respublikasının DİN-in Akademiyasında olmuşlar. Akademiyanın rektoru, professor cənab Lyubomir Timçev qonaqları salamlayaraq Akademiyanı ziyarət etdikləri üçün təşəkkürünü bildirərək, təhsil müəssisələrininin rəhbər heyətinin təqdim edərək, təhsil təşkilatının əsas istiqamətlərini, tədris sahəsində həyata keçirilən layihələr barədə danışmışdır. Sonra Akademiyanın video roliki nümayiş etdirilmişdir.  
Görüş zamanı Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev  Bolqarıstan Akademiyasının  rektoruna dəvətlə bağlı və səmimi qəbula görə öz təşəkkürünü bildirərək qarşı tərəfin rəhbər heyətinidə salamlamış, görüş iştirakçılarına, həmçinin dövlət rəhbərliyi arasında qarşılıqlı əlaqələrin mövcud səviyyəsini qeyd edərək, eyni zamanda idarələrarası təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir.  Dövlət təhsil sistemində daxili işlər orqanlarının kadr hazırlığı ilə bağlı məsələlər müzakirə olunmuş,ikitərəfli görüşdən sonra hər iki təhsil müəssisələrinin rəhbərləri qarşılıqlı olaraq hədiyyələr təqdim etmişlər.  Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının nümayəndə heyəti Bolqarıstan Daxili İşlər Nazirliyində olarkən  Daxili işlər nazirinin müavini Milko Berner tərəfindən qəbul olunmuşdur.  Nazir müavini Azərbaycan nümayəndə heyətini salamlayaraq, bu görüşlərin və gələcək əməkdaşlığın faydalı olacağını və əlaqələri inkişaf etdirməyin məqsədəuyğunluğunu bildirmişdir.

 Görüş bitdikdən sonra nümayəndə heyətimiz Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyinin Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirdə içtirak etmişdir. Tədbirdə Bolqarıstanın dövlət qurumları, ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun üzvləri, orada təhsil alan azərbaycanlı tələbələr, Bolqarıstan içtimaiyyətinin nümayəndələri iştirak edirdilər. Çıxış edən, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri, xanım Nərgiz Qurbanova Xocalı Soyqırımının ildönümünə həsr olunmuş tədbiri açıq edərək, faciə ilə bağlı geniş məlumat vermiş, tədbir iştirakçılarını Xocalı soyqırımında qətlə yetirilmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına dəvət etmişdir.
Proqrama uyğun olaraq, səfərin ikinci günü 25 fevral 2020-ci il tarixində nümayəndə heyətimiz Bolqarıstan DİN-in Akademiyasında tədris prosesi, elmi-tədqiqat fəaliyyəti, maddi-texniki bazası ilə tanış olmuşlar.

Gəzintidən sonra sonra Bolqarıstan DİN-in Akademiyasında nümayəndə heyətimiz üçün ziyafət təşkil olunmuşdur. Ziyafət zamanı Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru cənab Nazim Əliyev çıxış edərək tədbir təşkilatçılarını və Akademiyanın rektoru Lyubomir Timçevə səmimi qəbula görə öz minnətdarlığını bildirmişdir.
 




Çap et  Çap et