Polis akademiyası

xəbərlər

Polis Akademiyasının “məhkəmə zalı”nda növbəti dərs keçirilmişdir

30.10.2020

 DİN-in Polis Akademiyasında müasir tələblərə cavab verən “Məhkəmə zalı” yaradılmışdır. Bunda məqsəd Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alan kursantları məhkəmə işinin təşkili ilə yaxından tanış etmək, həmçinin məhkəmə psixologiyasını mənimsətməkdir.

Akademiyanın “Cinayət prosesi” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Anar Mikayılovun təşkilatçılığı ilə “Məhkəmə zalı”nda kursantlarla növbəti dərs zamanı məhkəmə prosesi təşkil olunub. Məhkəmə simulyasiyası qanunla müəyyən edilmiş bütün prinsiplər nəzərə alınmaqla, xüsusən çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında keçirilmiş və sonda ittiham hökmü elan edilmişdir. Məhkəmə prosesində tərəf kimi bütün kursantlar fəallıq göstərmiş, hüquqi biliklərini yüksək səviyyədə nümayiş etdirmişlər.

 Qeyd edək ki, dərslərin daha maraqlı keçməsi üçün kursantlara iddia ərizəsi, etiraz, vəsatət verilməsi, qərardad, qətnamə və məhkəmənin digər yekun qərarlarının layihələrinin hazırlanması izah edilir, onların bu qərarların layihələrinin hazırlanmasında iştirakları təmin olunur.
Məhkəməni xatırladan “Məhkəmə zalı”nda keçirilən dərslər kursantlarda daha da maraq yaratdığından bu iş sistemli olaraq davam etdirilir.







Çap et  Çap et