Polis akademiyası

xəbərlər

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Daxili İşlər Orqanları arasında əməkdaşlığı və polisin fəaliyyətini əhatə edən mövzular üzrə 26-28 aprel tarixlərində Polis Akademiyasının kursantları üçün onlayn formatda qonaq mühazirələri keçirilmişdir

29.04.2021

 07.04.2021-ci il tarixdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndə heyəti ilə DİN-in Polis Akademiyasında keçirilən görüşdə müzakirə olunan BQXK-si ilə Daxili İşlər Orqanları arasında əməkdaşlığı və polisin fəaliyyətini əhatə edən mövzular üzrə onlayn formatda qonaq mühazirələrinə dair fikir mübadiləsinin nəticəsi olaraq 2021-ci ilin 26-28 aprel tarixlərində BQXK-nin Polis və Təhlükəsizlik qüvvələri üzrə regional nümayəndəsi, cənab Halit Bulanıklı Polis Akademiyasının 3-cü və 4-cü kurs kursantları üçün “Polis etikası” və “Axtarış və götürmə” mövzuları üzrə onlayn mühazirələr həyata  keçirmişdir. Ümumilikdə 60-dan artıq kursant tərəfindən maraqla izlənilən təqdimatlar boyunca təqdim olunan mövzular üzrə təqdimatçı tərəfindən suallar verilmiş və Polis Akademiyasının kursantları tərəfindən bu suallar müvafiq olaraq cavablandırılmışdır.

Keçirilmiş onlayn mühazirələr səmimi və işgüzar şəraitdə baş tutmuşdur.
 





Çap et  Çap et