xəbərlər

DİN-nin Polis Akademiyasının yaranmasının 100 illiyi ilə əlaqədar xarici təhsil müəssisələrindən təbrik məktubları gəlməyə davam edir.

30.08.2021

  DİN-nin Polis Akademiyası bu ilin sentyabrında yaranmasının 100 illiyini qeyd edəcək. Yarandığı gündən şərəfli xidmət yolu keçən Akademiyanın fiziki cəhətdən sağlam, intelektual səviyyəli, müasir tələblərə cavab verən peşəkar hüquqşünas kadrlarının hazırlanmasında xüsusi rolu var.
Akademiyanın əməkdaşlıq etdiyi xarici dövlətlərin xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbərləri yubiley münasibətilə təbriklər ünvanlayıblar.

Belə ki, Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar universitetindən, Nijeqorod Akademiyasından və Belarusiya Daxili İşlər Nazirliyinin Moqilevskiy institutundan daxil olan təbrik məktublarında böyük inkişaf yolu keçən Polis Akademiyasının maddi-texniki bazasının əhəmiyyətli dərəcədə güclü, müasir infrastruktura malik, müasir texnologiyalarla təchiz edilən                    təlim-tədris mərkəzi olduğu vurğulanıb. Həmçinin, ölkədəki daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətlərin, hüquqazidd əməllərin qarşısının alınmasında, eləcə də vətəndaşların konstitusion haqlarının qorunmasında bu təhsil ocağının yetirmələrimizin hazırlıq, peşəkarlıq səviyyələrinin təqdirəlayiq olduğu qeyd edilib.
Sözügedən ali və xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbərləri Polis Akademiyasının şəxsi heyətini bir daha yubiley münasibətilə təbrik edərək bundan sonra da üzərilərinə düşən öhdəlik və vəzifələrin layiqincə yerinə yetirəcəyini əminliklə ifadə ediblər.  
 
  
Geriyə | Çap versiyası