xəbərlər

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Beynəlxalq Humanitar Hüquq (BHH) üzrə milli müsabiqənin qalibi olmuş DİN-in Polis Akademiyasının kursantlarından ibarət komandası 26-29 avqust 2021-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində BHH müsabiqələrinin məzunlarının görüşündə iştirak ediblər.

03.09.2021

 Azərbaycanda 2021-ci ildə təşkil edilmiş Beynəlxalq Humanitar Hüquq (BHH) üzrə milli  müsabiqənin qalibi olmuş DİN-in Polis Akademiyasının komandası BHH müsabiqələrinin məzunlarının 28 avqust 2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində təşkil edilmiş görüşündə iştirak etmişdir. Bu məqsədlə 26-29 avqust 2021-ci il tarixlərdə Moskva şəhərinə səfər edən kursantlarımız 26 avqust tarixində BQXK-nın Rusiya Federasiyası, Belarus ve Moldova üzrə Moskva şəhərindəki Regional Nümayəndəliyində görüşlər keçirmiş və Nümayəndəliyin məsul şəxsləri (Nümayəndəliyin başçısı cənab İxtiyar Aslanov, İctimai Əlaqələr şöbəsinin rəhbəri Vinsent Puget, Milli Cəmiyyətlərlə əməkdaşlıq şöbəsinin əməkdaşı cənab Dmitriy Privalov, Məlumatların mühafizəsi üzrə məsul şəxs xanım Zarema Zaitova, hərbi və təhlükəsizlik məsələləri üzrə nümayəndə cənab Daniel Zuqqari, Elektron daşıyıcılar üzrə mütəxəssis xanım Yulia Bilenko və hüquqşünas Nailia Mirsaitova) tərəfindən regionda görülən işlər və ümumi fəaliyyət barədə məlumatlandırılmışlar. 27 avqustda isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində görüş təşkil edilərək Müşavir-elçi cənab Samir Şərifov və digər müşavir-elçi cənab İsmayıl Əsədov ilə görüş keçirilmiş, səfirliyin fəaliyyət istiqamətləri və BQXK ilə qarşılıqlı əlaqələri ilə tanış olduqdan sonra sonda xatirə fotoşəkli çəkilmişdir.
Səyahətin son günü kursantlarımız BQXK-nın Moskvada təşkil etdiyi tədbirdə iştirak etmişlər. Tədbir zamanı bir sıra çıxışlar, mühazirələr, oyunlar keçirilmiş və oyun qaliblərinə hədiyyələr təqdim edilmişdir.
Ümumilikdə qonaq səfəri işgüzar və əlverişli şəraitdə baş tutmuşdur.








Geriyə | Çap versiyası