xəbərlər

DİN-in İdman Cəmiyyətinin daxili işlər orqanlarının əməkdaşları arasında keçirdiyi “Silahsız özünümüdafiə” üzrə zona yarışında DİN-in Polis Akademiyasının kursantları müxtəlif çəki dərəcələri üzrə 1-ci və 3-cü yerləri qazanıblar

26.04.2024

26 aprel 2024-cü il tarixində DİN-in İdman Cəmiyyətində daxili işlər orqanlarının əməkdaşları arasında “Silahsız özünümüdafiə” növü üzrə zona yarışı keçirilib.  
Ümumilikdə 82 idmançının iştirak etdiyi yarışda Polis Akademiyasını 5 çəki dərəcəsində əyani təhsil üzrə 5 kursant təmsil edib.
Gərgin keçən mübarizənin nəticələrinə görə III kurs kursantları Məmmədli Əkbər 67 kq, Əliyev Qədir 88 kq, Bafadarov Anar 97 kq dərəcələrində 3-cü yerə, IV kurs kursantı Əmoyev Hüseyn isə 80 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək 1-ci yerə layiq görülüb.
Ümumi nəticələrə əsasən isə Polis Akademiyası 3-cü yerə layiq görülüb.
Yarışın sonunda qaliblər diplom, medal və hədiyyələr ilə təltif olunublar.


Geriyə | Çap versiyası