xəbərlər

DİN-in Polis Akademiyasında Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş olub

03.03.2020

 27 fevral 2020-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Polis və Təhlükəsizlik qüvvələri üzrə regional nümayəndəsi Halit Bulanıklı və BQXK-in Azərbaycan üzrə Nümayəndəliyinin İçtimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynovanın iştirakı ilə DİN-in Polis Akademiyasının rəhbərliyi ilə görüş təşkil edilmişdir.
BQXK-in nümayəndələri ilə Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev, Akademiya rəisinin birinci müavini, polis polkovniki Canpolad Daanov,  Akademiya rəisinin tədris və elmi işlər üzrə rəis müavini, pols polkovniki Mahir Əhmədov və Tədris-metodiki şöbənin rəisi, polis polkovniki Fərhad Əliyev mövzu ətrafında müzakirələr aparmışlar. İlk olaraq DİN-in Polis Akademiyasının rəisi  N. Əliyev qonaqları salamlayaraq, Akademiyanın tarixi barəsində, aparılan tədris prossesindən geniş məlumat verdi.
Daha sonra, BQXK-in Polis və Təhlükəsizlik qüvvələri üzrə regional nümayəndəsi Halit Bulanıklı BQXK-in polis və təhlükəsizlik qüvvələri ilə bağlı fəaliyyətləri ilə əlaqədar izahat verərək,  Daxili Qoşunlar və Polisin ali zabit heyəti üçün beynəlxalq polis standartları və humanitar hüquq mövzularında təlim və seminarların uzun illər təşkil edildiyini qeyd etmişdir. İlahə Hüseynova isə, BQXK-in cəbhəyanı bölgələrdə olan fəaliyyətdən, orda yaşayan mülki əhaliyə göstərilən humanitar dəstək barədə danışıbdır. Qonaqlara Akademiyanın fəaliyyəti ilə bağlı hazırlanmış videoçarx nümayiş olunubdur.
 Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
BQXK-in nümayəndələri Polis Akademiyasının  maddi-texniki bazası, tədris prosesi, elmi-tədqiqat fəaliyyəti ilə tanış oldular.         
Halit Bulanıklı görüşün yüksək səviyyədə təşkil olunduğuna görə təşəkkürünü bildirərək Akademiyanın xatirə kitabında öz ürək sözlərini qeyd etmişdir.



Geriyə | Çap versiyası