xəbərlər

Polis Akademiyasının əməkdaşı Ufa Hüquq İnstitutunun təşkilatçılığı ilə keçirilən onlayn konfransda iştirak edib

09.06.2022

 09 iyun 2022-ci il tarixində Rusiya Daxili İşlər Nazirliyinin Ufa Hüquq İnstitutunun təşkilatçılığı ilə “İnformasiya texnologiyaları sahəsində cinayətlərlə mübarizə sahəsində mütəxəssislərin hazırlanmasının aktual məsələləri” mövzusunda videokonfrans formatında beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfransın işində Qazaxıstan Daxili İşlər Nazirliyinin B.Beysenov adına Qaraqanda Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası, Qırğızıstan Respublikası Rusiya Daxili İşlər Nazirliyinin milis general-mayoru E.A.Əliyev adına Akademiyası, Tacikistan Respublikası Rusiya Daxili İşlər Nazirliyi Akademiyası, Özbəkistan Respublikası Rusiya Daxili İşlər Nazirliyi Akademiyası və Monqolustan Daxili İşlər Universitetinin nümayəndələri iştirak ediblər.
Konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov təmsil edib.

Tədbirin işində Ufa Hüquq İnstitutunun professor-müəllim heyəti əyani formada iştirak edib.
Konfransı giriş sözü ilə açan Rusiya Daxili İşlər Nazirliyinin Ufa Hüquq İnstitutunun elmi işlər üzrə rəis müavini, hüquq elmləri namizədi, dosent, polis polkovniki A.Y.Terexov tədbir iştirakçılarını salamlayaraq, onlara səmərəli müzakirələr aparılması istiqamətində uğurlar arzuladı.

Konfrans zamanı həm Rusiyada, həm də xarici ölkələrdə informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə qarşı mübarizə üzrə tələbələr üçün təlimlərin təşkili, onların bu kateqoriyadan olan cinayətlərin açılması və tədqiqi üzrə bacarıqlarının inkişaf etdirilməsinin aktual problemləri müzakirə olundu. İştirakçılar arasında aparılan müzakirələr kibercinayətkarlığa qarşı mübarizədə ixtisaslı kadrların hazırlanmasında təhsil müəssisələri arasında gələcək əməkdaşlığın vektorunu müəyyən etməyə imkan verdi. Kiberpoliqon konsepsiyası əsasında hazırlanmış “Mobil kriminalist” proqram təminatı platformasında kompüter kriminalistik ekspertizasının aparılması, onun funksional imkanları ilə bağlı məruzələr dinlənilmiş və ətraflı müzakirələr aparılmışdı. İnformasiya texnologiyaları sahəsində cinayətlər ilə mübarizə sahəsində mütəxəssislərin tranzaksiya və bank maliyyə əməliyyatları haqqında təsəvvürə malik olmalarının vacibliyi xüsusi olaraq qeyd olunmuşdu.


Geriyə | Çap versiyası