xəbərlər

Polis Akademiyasının əməkdaşı Türkiyə Respublikasında doktorantura pilləsini qazanıb

10.08.2023

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşı, polis baş leytenantı Elməddin Hüseynov “Bilgisayar ve Öğretim Teknolojileri Eğitimi”  ixtisası üzrə Türkiyə Respublikasının nüfuzlu “Gazi Üniversiteti”nin doktorantura pilləsinə qəbul olub.
Türkiyə Cumhuriyyəti elan edildikdən sonra yaradılmış ilk dövlət universiteti olan “Gazi Üniversiteti” yüksək səviyyəli təhsili, ictimai xidmətləri ilə milli və beynəlxalq səviyyədə prestij qazanmış təhsil müəssisələri arasında yer alıb.

Polis baş leytenantı Elməddin Hüseynov təhsilini, biliyi dəyərə çevirən, cəmiyyətdə qabaqcıl, seçilən və hörmət edilən bir araşdırma universiteti olan, yüksəkixtisaslı kadrların yetişdirilməsi üçün təhsilalanların qabaqcıl texnologiya və tədqiqatlar vasitəsilə yeni bilik və bacarıqlara yiyələnməsi istiqamətində çalışan “Gazi Üniversiteti”ndə davam etdirərək 4 ilin sonunda elmi dərəcə əldə edəcəkdir.
 
 

Geriyə | Çap versiyası