xəbərlər

Polis Akademiyasında ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunub

15.09.2023

 Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ulu öndərin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi məqsədilə Polis Akademiyasında Heydər Əliyevin anadan olmasının 100 illik yübileyinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Yeni tədris ilində Polis Akademiyasında ilk dərs "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunmuşdur. İctimai elmlər kafedrasının əməkdaşları ilk dərs saatlarında kursant və dinləyicilərdə vətənpərvərlik, dövlətçilik tərbiyəsi, eyni zamanda müasir azərbaycançılıq ideologiyasının genişləndirilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən çıxışlar etmiş, Ulu öndərin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində müstəsna xidmətləri barədə ətraflı məlumatlar vermişlər.


 
 
 

Geriyə | Çap versiyası