xəbərlər

Polis Akademiyasında “Bilik günü” və andiçmə mərasimi keçirilib

15.09.2023

 15 sentyabr 2023-cü il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Bilik günü” ilə əlaqədar daxili işlər orqanlarına xidmətə Akademiyada təhsiI alaraq başlayan I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri ilə əlaqədar təntənəli mərasim keçirilib.

Tədbirə başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni ifa edilib.

Mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrikini, cənab nazirin Akademiyaya yeni qəbul olmuş kursantlara təhsil və təlim prosesində uğurlar arzuladığını, dövlətimizin, eləcə də Azərbaycan Polisinin adını uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini daim inkişaf etdirmələrini onlara tövsiyə etdiyini şəxsi heyətə çatdırıb.

 Ötən dövr ərzində əldə olunmuş nailiyyətlərə toxunan Akademiya rəisi müasir meyarlara cavab verən təhsil prosesinin həyata keçirilməsi və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilən peşəkar polis kadrlarının hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetiriləcəyini vurğulayıb.

Sonra C.Daanov qəbul imtahanında 630-dan yüksək bal toplamış 3 kursanta qiymətli hədiyyələr təqdim edib.
Tədbir I kurs kursantlarının "Polis Andı”nı qəbul etmələri ilə davam edib. Daha sonra I kurs kursantı İlyas Musayev  çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik edib.
Sonda “Polis Akademiyasının marşı” səsləndirilib və şəxsi heyət təntənəli keçid ilə tribunanın qarşısından keçib.
 
 
 

Geriyə | Çap versiyası