xəbərlər

Polis Akademiyasında təlim-tədris prosesində aparılan islahatların davamı olaraq simulyasiya dərsləri keçirilir

29.09.2023

Polis Akademiyasında təlim-tədris prosesində aparılan islahatların davamı olaraq Akademiyanın tədris modulunda, kriminalistik poliqonunda və məhkəmə otağında təcrübə dərsləri keçirilir. Bu tip simulyasiya xarakterli dərslərin keçirilməsində məqsəd kursantlarda nəzəri biliklərin təcrübədə tətbiq edilməsi vərdişlərinin yaradılması, onlarda prosessual danışıq qabiliyyətinin formalaşması və gələcək fəaliyyətlərində təyin olunacaqları vəzifəyə tez adaptasiya olmasından ibarətdir.

Növbəti simulyasiya xarakterli dərs tədris modulunda “Cinayət prosesi” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Rafik Quliyev tərəfindən Akademiyanın əyani təhsil üzrə IV kurs kursantları ilə “İstintaq hərəkətləri” mövusunda keçirilib.

Mövzu üzrə kursantlar arasında qabaqcadan rol bölgüsü aparılıb və onların sıralarından tanınma prosesində iştirak etmək üçün şərti şübhəli, şübhəli və zərərçəkmiş şəxslər, müdafiəçi və müstəntiq seçilib. Yekunda kursantlar qanunvericiliyin tələbi əsasında keçirilmiş istintaq hərəkətinin nəticələri üzrə protokol tərtib ediblər.
Keçirilmiş praktiki dərs kursantlar tərəfindən maraqla qarşılanıb.
 

Geriyə | Çap versiyası