xəbərlər

Polis Akademiyasında “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü”nə həsr olunmuş viktorina keçirilib

18.10.2023

18 oktyabr 2023-cü il tarixində Polis Akademiyasında Qiyabi təhsil şöbəsi və Dövlət və hüquq nəzəriyyəsi kafedrasının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü”nə həsr edilən viktorina keçirilib. Yarışda Qiyabi təhsil şöbəsinin II kurs ali təhsilli dinləyicilərindən ibarət 4 komanda (“Dəmir Yumruq”, “Zəfər”, “Xankəndi”, “Xari Bülbül”) iştirak edib.

İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Daha sonra Qiyabi təhsil şöbəsinin rəisi, polis polkovniki Mahir Xalıqov tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü” münasibəti ilə dinləyiciləri təbrik edərək bu günün Azərbaycanın dövlətçilik tarixində önəmi haqqında məlumat verib və komandalara uğurlar arzulayıb.

Üç mərhələdən ibarət olan yarışda komandalar müəyyən olunmuş vaxt ərzində verilən sualları cavablandırıblar. Verilən cavablar Akademiyanın müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Eyni zamanda mərhələlərarası fasilələrdə auditoriyaya da suallar ünvanlanıb  və düzgün cavab verən dinləyicilər müvafiq olaraq  mükafatlandırılıblar.
Yekun nəticələrə görə “Dəmir Yumruq” komandası yüksək bal toplayaraq yarışmanın qalibi elan olunub və komanda üzvlərinə diplomlar təqdim edilib.

 
 

Geriyə | Çap versiyası