xəbərlər

Polis Akademiyasında Xəzər rayon məhkəməsinin hakimi ilə müştərək mühazirə dərsi keçirilib

26.10.2023

26 oktyabr 2023-cü il tarixində Polis Akademiyasında “Cinayət-prosessual hüquq” fənnindən IV kursun kursantlarına  “Məhkəmə baxışı və yekun məhkəmə qərarının çıxarılması” mövzusunda mühazirə dərsi keçirilib. Mühazirə “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki Səyyad Ağayev, həmin kafedranın baş müəllimi, polis polkovnik-leytenantı Rafik Quliyev, müəllimi polis mayoru Ramil Mehdiyev və  Xəzər rayon məhkəməsinin hakimi Hüseyn Hüseynli tərəfindən müştərək oxunub.

Mühazirə dərsinin keçirilməsində məqsəd kursantların əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiq etmə bacarığının formalaşması olub. Buna əsasən mühazirə zamanı hakim Hüseyn Hüseynli məhkəmə baxışı və yekun məhkəmə qərarlarının çıxarılması, təcrübədə bu sahədə yaşanan nöqsanlar və onların həlli yolları barədə məlumat verib.
Mühazirənin sonunda Hüseyn Hüseynli kursantları maraqlandıran sualları ətraflı cavablandırıb və gələcək peşə fəaliyyətində onlara uğurlar arzulayıb.
 
 

Geriyə | Çap versiyası