xəbərlər

Polis Akademiyasında “Silahsız özünümüdafiə” üzrə Akademiya birinciliyi keçirilib

30.10.2023

 30 oktyabr 2023-cü il tarixində DİN-in Polis Akademiyasında əyani təhsil alan kursantlar arasında “8 noyabr Zəfər günü”nə həsr olunmuş “Silahsız özünümüdafiə” xidməti-tədbiqi idman növü üzrə Akademiya birinciliyi keçirilib.

Yarışa 4 kursdan 6 çəki (67 kq, 73 kq, 80 kq, 88 kq, 97 kq, +97 kq) dərəcəsində ümumi 41 iştirakçı qatılıb. Kursantlar arasında III kurs kursantları 67 kq çəki dərəcəsində Turan Nəsibov, 73 kq çəki dərəcəsində Orxan Rəcəbli, 88 kq çəki dərəcəsində Rəsul Rzayev və lV kurs kursantı 80 kq çəki dərəcəsində Temuraz Məmmədov “Silahsız özünümüdafiə” xidməti-tədbiqi idman növü üzrə ən yaxşı texnikalı idmançı olaraq digər kursantlardan seçiliblər.

 Beləliklə, III kurs kursantları Turan Nəsibov 67 kq, Orxan Rəcəbli 73 kq, Rəsul Rzayev 88 kq, Rəvan Nəsirov 73 kq, IV kurs kursantları Temuraz Məmmədov 80 kq, Azər Bəşirzadə 97 kq və V kurs kursantı Məhəmmədəli Həsənzadə +97 kq çəki dərəcələrində I yerə layiq görülüblər.

Tədbirin sonunda yer tutmuş kursantlar rəhbərlik tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
 
 
 
 

 
Geriyə | Çap versiyası