xəbərlər

Polis Akademiyasında “İxtisasartırma və təkmilləşdirmə” fakültəsi və “Kriminalistika” kafedrasının birgə təşkilatçılığı ilə tədbir keçirilib

06.11.2023

Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması ilə əlaqədar Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli" elan edilmişdir. Bu çərçivədə Ümummilli Liderin zəngin həyat yoluna həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.
Bu tədbirlərdən biri də 06 noyabr 2023-cü il tarixdə “Kriminalistika” kafedrasının və “İxtisasartırma və təkmilləşdirmə” fakültəsinin birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Nijeqorod Polis Akademiyasının məzunları tərəfindən IV və V kurs kursantlarına təqdimatların keçirilməsi olmuşdur. Belə ki, Polis Akademiyasının “İxtisasartırma və təkmilləşdirmə” fakültəsinin “Xüsusi hazırlıq” kursunun dinləyiciləri polis leytenantları Abdıyev Həsən Müqalib oğlu və polis leytenantı Tağızadə Şahin Ələkbər oğlu müvafiq olaraq “Mütəşəkkil qrup və cinayətkar birlik tərəfindən törədilən cinayətlərin araşdırma metodikası” və “Keçmiş illərdən qalan açılmamış cinayətlərin araşdırma metodikası” mövzuları üzrə IV və IV kurs kursantlarına təqdimatlar keçirmişlər.

Belə ki, Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən “Mütəşəkkil qrup və cinayətkar birlik tərəfindən törədilən cinayətlərin araşdırma metodikası”nın xüsusi halları barədə Azərbaycan Respublikası ilə Rusiya Federasiyanın qanunvericiliyini qarşılıqlı şəkildə müqayisə edilərək, oxşar və fərqli müddəaları kursantların nəzərinə çatdırıldı.
Daha sonra “Keçmiş illərdən qalan açılmamış cinayətlərin araşdırma metodikası” mövzusu üzrə Rusiya Federasiyasının istintaq təcrübəsi kursantların nəzərinə çatdırılmış, ibtidai araşdırma zamanı irəli sürülən fərziyyələr, həyata keçirilən ilkin və sonrakı istintaq hərəkətləri, onların aparılma metodikası barədə nəzəri və təcrübi məlumatlar iştirakçıların nəzərinə çatdırılmışdır.
Təqdimatın sonunda kursantları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Ümumilikdə müqayisə metodu ilə həyata keçirilən müştərək mühazirə səmərəli şəkildə baş tutmuşdur.
 
 
 

Geriyə | Çap versiyası