xəbərlər

DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntuları: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi masa keçirilib

14.11.2023

14 noyabr 2023-cü il  tarixində  DİN-in Polis Akademiyasında “Uşaq hüquqları aylığı” ilə bağlı “Yetkinlik yaşına çatmayanlar  tərəfindən  törədilən hüquq pozuntuları: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi masa keçirilib.
İlk olaraq Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin, Xəzər RPİ-nin nümayəndələri, həmçinin DİN-in Polis Akademiyasının professor-müəllim heyəti və “Gənc polis sahə inspektoru” dərnəyinin üzvləri olan IV kurs təhsilalanları iştirak ediblər.

Öncə moderator tədbir iştirakçılarını salamlayaraq dəyirmi masanın proqra¬mını elan edib və Akademiyada təşkil edilən bu tədbirin təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşün-mək bacarığını formalaşdırmaq üçün uğurlu elmi-təlim modeli sayıldığını vurğulayıb.
Daha sonra dəyirmi masanın elmi-praktiki müzakirə hissəsi öz işinə başlayıb və tədbir iştirakçılarının “Yetkinlik yaşına çatmayan uşaqların zərərli vərdişlərdən qorunması”, “Çətin həyat şəra¬itin¬də olan uşaqların müdafiəsi, onların zorakılıq qurbanına çevrilmə hallarının qarşısının alınması”, “Yetkinlik yaşına çatmayanların hüquq pozuntusu törətməsinə təsir edən sosial - psixoloji amillər” və “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqpoz¬maların profilaktikasında polis sahə inspektorlarının rolu” mövzularında məruzələri dinlənilib.

Çıxışların davamı olaraq IV kurs kursantları Turanə İbrahimova “Yetkinlik yaşına çatmayanların işləri və hüquq¬larının müdafiəsi üzrə Komissiya - preventiv fəaliyyətin subyekti kimi”, Kənan Qur¬banlı “Yektinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınmasında ümumi in¬ternat məktəblərinin rolu” və Güloğlan İsmayılzadə “Narkotiklərin yetkinlik yaşına çatmayan¬lar arasında yayılması - sosial-təhlükəli vəziyyət kimi” mövzularında çıxışlar ediblər.
Dəyirmi masa çərçivəsində məruzələr bitdikdən sonra müzakirələrə keçid edilib. Müzakirələr əsasında bildirilib ki, dövlətin mərkəzi icra hakimiyyəti orqan¬la¬rı¬nın, o cümlədən polisin fəaliyyət istiqamətləri üzrə yetkinlik yaşına çatmayanlar tərəfin¬dən  törədilən hüquq pozuntularının qarşısının alınması sahəsində zəruri tənzimləməyə dair normativ hüquqi sənədlər mövcuddur və onların fəaliyyətdə əsas götürülməsi effektivliyin təminatıdır.  
Ümumilikdə dəyirmi masa işgüzar və səmərəli şəkildə baş tutub.
 
 
 
 

Geriyə | Çap versiyası