xəbərlər

Polis Akademiyasının əməkdaşları orta məktəbdə narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçiriblər

13.11.2023

13 noyabr 2023-cü il tarixində Xəzər rayonu 156 nömrəli tam orta məktəbdə "Antinarkotik təbliğatı" ilə bağlı maariflandirici-profilaktik tədbir keçirilib.

Tədbirdə Polis Akademiyasının əməkdaşları, polis mayoru Azər Orucov və polis kapitanı Rəşad Təhməzov, eyni zamanda Xəzər RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Eldar Əliyev, bölmənin baş inspektorları, polis mayoru Xəyalə Həsənova və polis baş leytenantı İsmixan Kərimov, eləcə də məktəbin direktoru, pedoqoji heyəti və VI-IX sinif şagirdləri iştirak ediblər.

Tədbirdə "Narkomaniya sosial bəladır", "Zərərli vərdişlərə yox deyək" və "Internetdən təhlükəsiz istifadə" mövzularında çıxışlar edilib, ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə ətraflı məlumat verilib.  Həmçinin müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin faydaları və zərərləri haqqında danışılıb və internet vasitəsilə törədilən kibercinayətlər, sosial şəbəkələrdə dini ekstremizmin və radikalizmin geniş vüsət alması, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və alqı-satqısının internet üzərindən həyata keçirilməsi barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxışlar bitdikdən sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə tədbir həm məktəblilər, həm də orta məktəb rəhbərliyi tərəfindən böyük maraqla qarşılanıb.
 
 
 
 

Geriyə | Çap versiyası