xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in Rostov hüquq institutunun təşkilatçılığı ilə keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak edib

17.11.2023

17 noyabr 2023-cü il tarixində Rusiya Federasiyasının DİN-in Rostov hüquq institutunun təşkilatçılığı ilə videokonfrans formatında “Cinayət prosesinin nəzəri və praktiki aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Rusiya DİN-in Rostov hüquq institutunun rəhbərliyi, professor-müəllim heyəti, həmçinin Rusiya DİN-in bir sıra digər ali təhsil müəssisələrinin nümayəndələri, Qırğızıstan, Qazaxıstan və Belarus Respublikalarından ümumilikdə 68 iştirakçının yer aldığı konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının Cinayət prosesi kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Rafik Quliyev iştirak edib.

Konfransda iştirakçıların “Cinayət prosesinin nəzəri və praktiki aktual problemləri” mövzusunda məruzələri və fikirləri dinlənilib, bu sahədə mövcud olan boşluq və çatışmazlıqlar müzakirə edilib. Bundan başqa  nəzəri biliklərin təcrübədə tətbiqi ilə bağlı yaranan aktual problemlər, onların aradan qaldırılması müzakirə olunaraq gələcəkdə bu sahədə qanunvericiliyə zəruri olan əlavə və dəyişikliklərin edilməsi təklif edilib.
Ümumilikdə konfrans işgüzar və səmərəli şəkildə keçirilib.
 
 

Geriyə | Çap versiyası