xəbərlər

"Tərəqqi" texniki-humanitar liseyin şagirdləri Polis Akademiyasının qonağı olublar

22.11.2023

 Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə əlaqədar
Polis Akademiyasında silsilə tədbirlər davam etdirilir.

Bu məqsədlə 22 noyabr 2023-cü il tarixində Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonaqları Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi"        texniki-humanitar liseyin  X və XI sinif şagirdləri, Veteranlar şurasının sədri, ehtiyatda olan polis polkovniki Ramiz Məmmədov, sədr müavini, Polis Akademiyasının sabiq müəllimi, ehtiyyatda olan polis polkovniki Eyvaz Nurməmmədov və Nərimanov RPİ-nin əməkdaşları olublar.

Qonaqlar Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları, kursant yeməkxanası və yataqxanaları ilə tanış ediliblər. Bundan əlavə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilib, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.

Sonda qonaqlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.


 
 

Geriyə | Çap versiyası