xəbərlər

Polis Akademiyasında valideynlər üçün “Açıq qapı” silsilə tədbirlərinə start verilib

22.11.2023

 DİN-in Polis Akademiyasında təhsialanların maddi, sosial təminatları və imtiyazları ilə yaxından tanış olmaq məqsədilə 1-ci kurs kursantlarının valideynləri üçün “Açıq qapı” silsilə tədbirlərinə start verilib.

22 noyabr 2023-cü il tarixində bir qrup valdeyn Polis Akademiyasının qonağı olub. Valideynlər Heydər Əliyev Mərkəzi, tədris korpusları, kitabxanalar, kriminalistik şəhərcik, idman meydançaları, kursant yeməkxanası və yataqxanası ilə tanış ediliblər.
Daha sonra qonaq valideynlərin Akademiya rəhbəri ilə görüşü keçirilib. Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov qonaqlara Akademiya haqqında ətraflı məlumat verərək onları maraqlandıran sualları cavablandırıb.
 
 
 
 
 

Geriyə | Çap versiyası