xəbərlər

Polis Akademiyasının müəllimi Türkiyə Cümhuriyyəti İstanbul şəhərində keçirilən “Təhsil və tələbə koçu” adlı təlimdə iştirak edib

06.03.2024

01-05 mart 2024-ci tarixlərində Türkiyə Cümhuriyyəti İstanbul şəhərində “İstanbul Esenyurt Üniversitesi - İCF Onaylı Eğitim ve Öğrenci koçluğu” layihəsi çərçivəsində həyata keçirilən “Təhsil və tələbə koçu” adlı təlim keçirilib. Təlimdə Polis Akademiyasının dil hazırlığı kafedrasınn mülki müəllimi Leyla Quliyeva iştirak edib.

Təhsil və tələbə koçluğu təlimi tələbələrin akademik və sosial inkişafını dəstəkləmək üçün onlarla təkbətək işləyən mütəxəssisləri yetişdirmək məqsədi daşıyır. Təlim tələbələrin şəxsi və peşəkar məqsədlərinə çatmasına kömək etmək üçün tələbələrin öyrənmə üslublarını, motivasiyalarını və problemlərini başa düşməyə və həll etməyə yönəlib. Qeyd edilən tədris proqramında dəstək alan tələbələrin dərslərində uğurların və şəxsi həyatlarında məsuliyyətin artdığı, ailə və ətraf mühitlə əlaqələrinin gücləndiyi müşahidə edilib.

Tədbirin sonunda uğurlu iştiraka görə iştirakçılara “Education and student coach” beynəlxalq sertifikatları təqdim edilib.
Ümumilikdə təlim səmərəli şəkildə baş tutmuşdur.  

Geriyə | Çap versiyası