xəbərlər

DİN-in Polis Akademiyası ilə “ADA” Universiteti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

05.04.2024

5 aprel 2024-cü il tarixində DİN-in Polis Akademiyası ilə “ADA” Universiteti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Tədbirdə “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə və Universitetin professor-müəllim heyəti qonaq qismində iştirak ediblər.
İlk öncə qonaqlar Polis Akademiyasının inzibati ərazisini gəzərək Akademiyanın maddi-texniki bazası və kursantlar üçün yaradılan şəraitlə tanış ediliblər.

Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayaraq günü-gündən inkişaf edən Polis Akademiyasının növbəti əməkdaşlıq addımının hər iki tərəf üçün faydalı olacağına böyük ümid bəslədiyini bildirib. Daha sonra C.Daanov hüquqşünaslıq ixtisasına yiyələnərək peşəkar hüquqşünas kimi yetişən Polis Akademiyasının təhislalanlarının imzalanacaq Memoranduma əsasən qarşılıqlı səmərəlilik, inteqrasiya və keyfiyyətlilik prinsipləri əsasında məlumat və təcrübə mübadiləsindən faydalanacaqlarına inandığını bildirib.  

Sonra “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə tədbir iştirakçılarını salamlayıb və Universitetin Polis Akademiyası ilə qarşılıqlı əməkdaşlığından söz açıb. İmzalanacaq Memorandumun bu əməkdaşlığa müsbət töhfə verəcəyini və gələcək fəaliyyətlər üçün yeni bir başlanğıc olduğunu bildirib.
Daha sonra imzalanma mərasiminə keçid edilərək DİN-in Polis Akademiyası ilə “ADA” Universiteti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Tədbirin sonunda Akademiyanın və “ADA” Universitetinin rəhbərliyii tərəfindən qarşılıqlı hədiyyələrin təqdimatı həyata keçirilib və xatirə şəkilləri çəkilib.
          

 
 
 
 

Geriyə | Çap versiyası