xəbərlər

Polis Akademiyasının əməkdaşları Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “Ağıllı mühit və yaşıl texnologiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib

14.04.2024

2024-cü ilin "Yaşıl Dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının COP29-un ölkəmizdə təşkil edilməsinə hazırlıq çərçivəsində 12-13 aprel 2024-cü il tarixində Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “Ağıllı mühit və yaşıl texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Aktual qlobal çağırışların həllinə yönələn əməkdaşlıq, bilik mübadiləsi və innovasiya üçün unikal imkan təqdim edən, ağıllı mühit və yaşıl texnologiya sahələrində tədqiqatçıları bir araya gətirmək məqsədi daşıyan və 20 ölkədən 40-dan çox alimin və tədqiqatçının yer aldığı konfransda DİN-in Polis Akademiyasını “İctimai elmlər” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov və “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı İmamverdi Rəhimov təmsil ediblər.

Konfrans iştirakçılarını salamlayan Odlar Yurdu Universitetinin prorektoru, professor Fəxrəddin Məmmədov ağıllı mühit və yaşıl texnologiyaların tətbiqi sahəsində dünyanın hər yerindən innovativ düşüncəli elm adamlarının əməkdaşlıq və bilik mübadiləsi üçün bir araya gəlməsindən məmnunluğunu ifadə edib.
Plenar iclas və sessiyalar formatında davam edən konfransda “Müxtəlif yerlərdə yaşıl texnologiya və ağıllı mühitdə dilin rolu”, “İqtisadiyyat və maliyyədə ağıllı mühit”, “Ağıllı ətraf mühit və mühəndislik”, “Ağıllı mühit və psixologiya”, “Biologiyada ağıllı ətraf mühit və yaşıl texnologiya” mövzuları üzrə çıxışlar dinlənilib.
Konfrans zamanı aparılan müzakirələr və yaranan ideyalar iqlim dəyişikliyi, resursların tükənməsi və çirklənmə kimi aktual qlobal problemləri həll etmək potensialı baxımından böyük əhəmiyyət kəsb edir.


Geriyə | Çap versiyası