xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in Voronej İnstitutunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

25.04.2024

25 aprel 2024-cü il tarixində Rusiya Federasiyası DİN-in Voronej İnstitutunda “İnformasiya və telekommunikasiya texnologiyaları sahəsində törədilmiş cinayətlər: cinayətlərin qarşısının alınması, açılması və araşdırılması problemləri” mövzusunda videogörüntü formatında keçirilən beynəlxalq elmi-praktik konfransda Polis Akademiyasının DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrasının müəllimi, polis polkovnik-leytenantı Elxan Rzayev iştirak edib.
Tədbiri giriş sözü ilə açan Voronej İnstitutunun rəisi, polis general-mayoru A.P.Naximov konfrans iştirakçılarını salamlayaraq onlara müvəffəqiyyətlər və yeni elmi nailiyyətlər arzu edib.

Konfrans çərçivəsində Rusiya Federasiyası, Tacikistan və Qırğızıstan Respublikalarından olan iştirakçıların “Kiberməkanda cinayətlərin kriminalistik və cinayət-prosessual tədqiqinin əsasları”, “İnformasiya və telekommunikasiya resurslarında olan məlumatların təsnifatı, cinayətlərin açılması və istintaqın aparılması”,  “İnformasiya və telekommunikasiya texnologiyaları sahəsində mülkiyyət əleyhinə törədilmiş cinayətlərin açılması zamanı yaranan problemlərin əsasları”,  “Kibercinayətlərin müasir növləri (virus, fişinq, veb-fişinq)” və “Xarici cinayət proseslərində rəqəmsal sübutların qorunması və ötürülməsi ilə bağlı problemlər” mövzularında çıxışları dinlənilib və mövzular ətrafında müzakirələr aparılıb.
Ümumilikdə konfrans işgüzar və səmərəli şəkildə keçirilib.

Geriyə | Çap versiyası