xəbərlər

Polis Akademiyasının əməkdaşları Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak ediblər

07.05.2024

07 may 2024-cü il tarixində Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı XVII beynəlxalq elmi konfrans keçirilib. Konfrans bir sıra dövlət qurumlarının rəhbər şəxsləri və məsul əməkdaşlarının, yerli və xarici ali təhsil müəssisələrinin rəhbər və professor heyətinin iştirakı ilə baş tutub. Konfransda DİN-in Polis Akademiyasının “Dil hazırlığı” kafedrasının rəisi, polis polkovniki Elçin Orucov və “İctimai elmlər” kafedrasının rəisi, polis polkovnik-leytenantı, t.ü.f.d. Rəhim Məcnunov iştirak edib.

İlk olaraq Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb.
Daha sonra konfrans “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm”, “Qloballaşan dünyada dillərin və mədəniyyətlərin dialoqu”, “Ulu öndərin multikultural görüşləri və “Yaşıl dünya” siyasətinin uğuru”, “Müasir beynəlxalq münasibətlər və multikulturalizm” və “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” bölmələri üzrə iclaslarla öz işini davam etdirib.

Konfransda Türkiyə, Rusiya, Özbəkistan, Serbiya, Almaniya, Braziliya və digər ölkələrin bir sıra ali təhsil müəssisələrinin professorları video görüntü formatında iştirak edərək öz təbriklərini çatdırıb və mövzular ətrafında  çıxış ediblər.
Ümumilikdə tədbir səmərəli və işgüzar şəkildə baş tutub.

 
 

Geriyə | Çap versiyası