xəbərlər

Polis Akademiyasında “Tütün epidemiyası, öldürücü təhlükə” mövzusunda görüş keçirildi.

17.11.2014

 17 noyabr 2014-cü il tarixdə Polis Akademiyasının I kurs müdavimləri və müəllim-zabit heyəti ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.6.1-ci bəndinə uyğun olaraq gənclər arasında sağlam həyat tərzinin təbliği ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının “Tütün epidemiyası, öldürücü təhlükə” mövzusunda görüşü keçirildi. Görüşü giriş sözü ilə Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Sərdar Əliyev açdı.

 O, təməli ulu öndar Heydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən inkişaf proqramları, o cümlədən uğurlu islahatlar aparılan səhiyyə, təhsil və sağlam gənclik barədə məlumat verdi. Sonra söz İctimai Səhiyyə və İslahatlar Mərkəzinin “Əhalinin sağlamlığı” şöbəsinin ekologiya üzrə meneceri Samir Əfəndiyevə verildi. Samir Əfəndiyev “Tütün epidemiyası, öldürücü təhlükə” mövzusunda prezentasiya ilə çıxış etdi. Çıxış zamanı tütünün insan orqanizminə zərəri, dünyada və Azərbaycanda tütünçəkmə ilə mübarizə üsulları, tütünçəkmədən ölən və xəstələnənlərin statistikası barədə geniş məlumat verildi. Qeyd edilən şöbənin həkimi Qadir Qurbanov tərəfindən slaydlar və qısa video görüntülər nümayiş etdirildi, müdavimləri maraqlandıran suallar cavablandırıldı.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.
Geriyə | Çap versiyası