xəbərlər

Polis Akademiyasında “Açıq qapı” tədbirləri davam edir

07.12.2022

 07 dekabr 2022-ci il tarixində Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 82 nömrəli orta məktəbin IX-XI sinif şagirdləri Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı olub. Tədbirdə Nərimanov RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları və polis veteranları iştirak ediblər.
Şagirdlər Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanalarla tanış edilibdir. Bundan əlavə, şagirdlərə Polis Akademiyasına qəbul qaydaları izah edilmiş, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilibdir.
Sonda qonaqlarla xatirə şəkli çəkilmiş və onlara Akademiya barəsində bukletlər təqdim edilmişdir.
 
 

Geriyə | Çap versiyası