xəbərlər

Polis Akademiyasının tədris prosesində interaktiv təlim metodlarının tətbiqi uğurla davam etdirilir

10.12.2022

 Polis Akademiyasında təlim və tədrisin keyfiyyətini artırmaq, dərs prosesində müasir metod və üsullar, yeni yanaşmalar və onların düzgün tətbiqi  istiqamətində silsilə tədbirlər davam etdirilir.
14-19 və 21-26 noyabr 2022-ci il tarixlərində Polis Akademiyasının əyani fakültəsinin 5-ci kurs kursantları ilə müxtəlif cinayət faktları üzrə modelləşdirilmiş vəziyyətlərdə kursantların ixtisas fənləri üzrə əldə etdikləri bilikləri möhkəmləndirmək, dərinləşdirmək, həmçinin bu sahədə onlarda peşə vərdiş və bacarıqları formalaşdırmaq məqsədilə Akademiyada yeni yaradılmış “Rayon Polis Şöbəsi” tədris modulunda “Əməliyyat-taktiki təlim” keçirilmişdir. Təlim prosesinin səmərəli keçirilməsi məqsədilə Tədris-metodiki şöbə, DİO-nun əməliyyat-axtarış fəaliyyəti, Kriminalistika, Cinayət prosesi, DİO-nun inzibati fəaliyyəti kafedralarının əməkdaşlarından ibarət qərargah yaradılmışdır.

 28 noyabr 2022-ci il tarixində Polis Akademiyasının DİO-da əməliyyat-axtarış fəaliyyəti kafedrası tərəfindən III kurs 7-ci taqım kursantları arasında “Cinayət-axtarış hüququ” fənni üzrə “Konstitusion hüquqları məhdudlaşdıran əməliyyat-axtarış tədbirlərinin təşkili”,    01 dekabr 2022-ci il tarixində “Cinayət hüququ” kafedrasının IV və V kurs tələbələri arasında  “Cinayət hüququ” fənni üzrə “Ölüm cəzasının tətbiqi” mövzusunda debatlar təşkil olunmuşdur. Debat dərsləri kursantlar tərəfindən tədris materialının daha keyfiyyətli mənimsənilməsinə və yadda saxlanılmasına, sərbəst fikir yürütmək və nitq mədəniyyəti vərdişlərinin inkişaf etdirilməsinə nail olmaq, həmçinin kursantların tənqidi düşüncə tərzinin, mübahisəli fikirləşmək qabiliyyətinin, problemi görmək və onu araşdırmaq bacarığının inkişaf etdirilməsinə istiqamətlənmişdir..

 08-09 dekabr 2022-ci il tarixlərində Polis Akademiyasının əyani fakültəsinin V kurs kursantları arasında narkotik vasitələrin, psixotrop maddələrin, silah və onun komplekt hissələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq törədilən cinayətlər üzrə modelləşdirilmiş vəziyyətlərdə kursantların ixtisas fənləri üzrə əldə etdikləri bilikləri möhkəmləndirmək,  dərinləşdirmək, həmçinin bu sahədə onlarda peşə vərdiş və bacarıqları formalaşdırmaq məqsədilə “Kriminalistika” kafedrasının təşəbbüsü ilə simulyasiya əsaslı “Şəxsi axtarış və götürmə”  müsabiqəsi keçirilmişdir.

Müsabiqə 5 nəfərdən ibarət müstəntiq, müdafiəçi, şübhəli şəxs, əməliyyat müvəkkili və inspektor-kriminalist qismində çıxış edən komandaların arasında obyektiv həqiqətin üzrə çıxarılması üçün sübut əhəmiyyətinə malik olan, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədlərin götürülməsi məqsədilə həyata keçirilən prosesin simulyasiyasıdır. Bu proses münsiflər tərəfindən müşahidə edilib və qiymətləndirilib.





Geriyə | Çap versiyası