xəbərlər

DİN-in Polis Akademiyasında “rol bölgüsü” metodu əsasında müştərək mühazirə dərsi keçirilib

11.07.2023

11 iyul 2023-ci il  tarixində DİN-in Polis Akademiyasında qiyabi təhsil şöbəsinin I kurs dinləyicilərinə “İnzibati hüquq” fənnindən “rol bölgüsü” metodu əsasında “İnzibati tənbehlər və onların tətbiq edilməsi” mövzusunda mühazirə dərsi keçirilib. Mühazirə fənn müəllimi “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti şöbəsinin rəisi, polis polkovniki Sadim Əsgərov ilə müştərək oxunub.

İlk olaraq əsas mühazirəçi R.Nəcəfquliyev tərəfindən mövzunun adı və planı elan edilib, mühazirə dərsinin “birgə dərs elementləri”ndən istifadə olunmaqla “rol bölgüsü” əsasında aparılacağı dinləyicilərin nəzərinə çatdırılıb. Kitabxana fondunda olan əsas və əlavə ədəbiyyat, həmçinin Polis Akademiyasının digər dövlətlərin xüsusi ali təhsil müəs¬sisələri ilə beynəlxalq əmək¬daşlığı nəticəsində əldə edilən elmi tədqiqat nümu¬nələri, aidiyyəti internet mənbələri haqqında dinləyicilərə zəruri məlumatlar verilib.

 Daha sonra inzibati tənbehlərin anlayışı və onların mahiyyəti,  daxili işlər orqanları tərəfindən tətbiq edilən inzibati tənbehlər, inzibati xətalar haqqında işlərin aidiyyətliyinin növləri və onların məzmunu mövzularında nəzəri və təcrübi məlumatlar verilib.
 Dərsin yekununda dinləyicilərin inzibati tənbehlərin tətbiqi üzrə qərarların mübahisələndirilməsinə dair sualları cavablandırılıb. Ümumilikdə “rol bölgüsü” metodu əsasında keçirilmiş mühazirə dərsi səmərəli şəkildə baş tutub.
 
 
 

Geriyə | Çap versiyası